Nar dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə başlayır
Mobil operator Nar musiqi və dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə start verir.
Məşhur “Darvish Band” ilə birgə ərsəyə gələn müsabiqələr Nar abunəçiləri üçün dinamik yay vəd etməklə yanaşı, texnologiyanın gücünü və musiqiyə olan həvəsi bir araya gətirmək məqsədi daşıyır.
“Qafqazinfo” xəbər verir ki, gənclərin dinamik musiqi zövqünə ortaq olan Nar, abunəçiləri üçün əyləncə dolu müsabiqələrdə iştirak edərək dəyərli hədiyyələr qazanmaq şansı yaradır. Hədiyyəli müsabiqələrdən birincisində gənclər enerji dolu həyat tərzlərinə uyğun olaraq seçilmiş Samsung Galaxy Tab, Apple Watch və JBL qulaqlıqları əldə edəcəklər.
Yay boyunca Nar abunəçiləri növbəti müsabiqələrdə daha da dəyərli hədiyyələr qazanmağa davam edəcəklər. Qarşıdan gələn müsabiqələr haqqında ən tez xəbər tutmaq üçün Narın sosial media səhifələrini (Facebook, Instagram, Twitter) izləməyə davam edin.
Nar hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Nar son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
-
“Yelo Bank” mikrosahibkarlar üçün bahar kampaniyasını başladır
...
-
“Nar”ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
...
-
Yelo kart ilə daha çox cashback qazanmağa hazır ol!
...
-
Rövşən Nəcəfə yeni müşaviri təyin edildi
...
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...