Şuşa Bəyannaməsi

13:53 14-06-2023 | icon 770
Şuşa Bəyannaməsi

II Qarabağ müharibəsi ilə işğaldan azad edilən tarixi Şuşa şəhərində 15 iyun 2021- ci ildə
Türkiyə Prezidenti R.T.Ərdoğan ilə Azərbaycan Prezidenti İ.Əliyev arasında imzalanmış “Şuşa
Bəyannaməsi” iki qardaş ölkə arasında yeni mərhələnin əsasını qoydu. Qars müqaviləsinin
imzalanmasının 100 illiyi ərəfəsində belə bir sənədin imzalanması olduqca əhəmiyyətlidir. Qars
müqaviləsi imzalanarkən həm Türkiyə ,həmdə Azərbaycanınn beynəlxalq vəziyyəti çətin
durumda idi. Birinci dünya müharibəsində məğlub olmuş Türkiyə Sevr müqaviləsi ilə bir dövlət
kimi yox olma təhlükəsi ilə üz -üzə qalmışdı. Eyni ilə Azərbaycan Cümhuriyyətidə 27 aprel 1920-
ci il bolşevik çevriliş ilə müstəqilliyini itirmiş, komunist Rusiyasının işğalı altında yarım müstəqil
formada da olsa yaşamaq mübrizəsi aparırdı. Qars müqaviləsinin imzalanması ilə Türkiyə
Rusiyanın müttəfiqliyi sayəsində Kiçik Asiya yarmadasında bir dövlət kimi müstəqilliyini
qorumağı bacardı. Azərbaycan isə Türkiyə qarantisində Naxçıvanın təhlükəsizliyin təmin etdi.
Şuşa Bəyannaməsinin imzalanması isə Türkiyə və Azərbaycanın daha əlverişli və güclü
olduğu dönəmdə imzalandı. Türkiyə Natonun ikinci güclü orduya sahib dövləti olaraq son illərdə
müdafiə sənayesi sahəsində böyük uğurlara imza atmışdır. Azərbaycan isə 2020-ci il 27 sentyabr
tarixdə Qarabağda başlatdığı əməliyyatla 30 illik işğala son qoydu. Bu onun Qafqazda ən güclü
orduya sahib olduğunu göstərdi və Beynəlxalq nüfuzunu artırdı. Şuşa Bəyannaməsinin iki dövlət
başçısı səviyyəsində imzalanması və hər iki dövlətin parlamentlərində ratfikasiya edilməsi onun
beynəlxalq səviyyəli bir sənəd olduğunu göstərir.
Sənəddən ümumi maraqların qorunmasında iki ölkənin siyasi ,hərbi-iqtisadi ,müdafiə
,mədəni ,hümanitar ,səhiyyə,təhsil,sosial,gənclər və idman sahələrindəki imkan və
potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyəti qeyd edilir,tərəflərin Qafqaz regionunda
sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası
eləcədə region dövətlər arasında münasibətlərin normallaşması, səylərin artırılması xüsusi qeyd
edilir.
Azərbaycan və Türkiyəni birləşdirəcək, Naxçıvan Muxtar Respubilkasından keçməklə
Çindən Avropaya gedən Komunikasiyya xəttinin ən önəmli parçası olan Zəngəzur dəhlizinin
açılmasının önəminə diqqət yetirilir.
Bir millət iki dövlət prinsipindən hərəkət edən iki qardaş ölkə bu bəyannamə ilə
münasibətləri və müttəfiqliyi dahada yaxınlaşdıraraq digər Türk dövlətləri üçün bir örnək təşkil
edəcəyinə inaniram.
Heç təsadüfi deyilki, sənədin imzalanmasından sonra digər Türk Respubilkalarının
Azərbayycan və Türkiyəyə marağı xeyli artmış, Türk Dövlətləri Təşkilatının yaranması bunun

əyani sübutudur. Son vaxtlar digər Türk Cümhuriyyətləridə Türkiyə ilə analoji sənədlər
imzalamağa maraq göstərirlər.
Sənədin üçüncü bir ölkəyə qarşı olmadığı ,lakin bəyannaməni imzalayan tərəflərdən hər
hansı birinə qarşı real təhlükə yarandıqda birlikdə hərəkət edəcəkləri öhdəliyi sənəddə öz əksini
tapmışdır.
Tərəflər müdafiə sənayesi sahəsində qarşılıqlı əməkdaşlığın dərinləşməsini də əsas
prioritet kimi qeyd edirlər. Bu sahədə əməkdaşlıq da Azərbaycana yeni imkanlar açır. Beləki
Azərbaycan silah idxal edən ölkədən onu istehsal edən ,gələcəkdə ixrac edən dövlətə
çevriləcəkdir.
Göründüyü kimi bu sənəd iki dövlət arasında təkcə müdafiə sahəsində deyil ,Sosial
,iqtisadi ,mədəni ,kommunikasiya ,texnologiya və.s bütövlükdə bütün sahələri əhatə edən
mükəmməl bir sənəddir.

Kazımov Namiq
Saatlı rayon Hacıqasımlı kənd tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.24359393119812