Rəcəb Tayyib Ərdoğanın önəmli mesajları

01:54 19-06-2023 | icon 1762
Rəcəb Tayyib Ərdoğanın önəmli mesajları

        Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində növbəti addım oldu. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın həm beynəlxalq müstəvidə, həm də Türk dünyasında liderliyini təsdiqi olmaqla bütün dünya birliyinə göstərildi ki, bu iki liderin timsalında Azərbaycan-Türkiyə müttəfiqliyi kimi qardaşlıq nümunəsi yoxdur, birlikdə olmaqla gücümüzü, tək ürək olduğumuzu göstərdik.

 Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşa Bəyannaməsinin müddəalarını bundan sonra da uğurla həyata keçirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik. Şuşadakı baş konsulluğunun açılması başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır.

Türkiyənin Cümhurbaşqanı bir vacib məsələyə də toxundu. Dedi ki, hazırda Azərbaycanın, xüsusilə müharibələrdən sonra infrastrukturla bağlı böyük həssaslıq göstərdiyi ən əhəmiyyətli məsələ yollardır. Əgər yolunuz varsa, mədənisiniz. Yolunuz varsa, mədəniyyətə çatmısınız. Əgər yol yoxdursa, heç bir şey yoxdur. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur.

           Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəmizə gətirəcəyi rahatlığın tərifini vermək mümkün deyil. Üstəlik, bütün proseslər Azərbaycan ilə birlikdə Ermənistan üçün yeni bir dövrün başlanğıcıdır. Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə də lazımi addımları atacaqdır.    

        Türkiyə prezidenti Azərbaycanla əməkdaşlığın və qardaşlığın bütün sahələrdə daha da dərinləşdirilməsində israrlı olduğunu aydın şəkildə ortaya qoydu. Bu çıxışda bütün istiqamətlər üzrə verilən mesajlar Türkiyənin, həmçinin Azərbaycanın dövlət və milli maraqları ilə və bölgədə sülhün, təhlükəsizliyin davamlı olması maraqları ilə üzvi şəkildə səsləşir. Buna görə, cənab Ərdoğanın mesajlarını bölgədə sülhün və təhlükəsizliyin daha təminatlı və davamlı olmasına yönəlmiş Türkiyənin yeni geosiyasi kursunun əsas konturları kimi şərh etmək lazımdır.

Mehti Kərimov-Cəlilabad  bələdiyyəsinin sədri


Digər xəbərlər

0.23757386207581