TikTok Azərbaycanda 400 minə yaxın videonu silib
“TikTok 2023-cü ilin birinci rübündə Azərbaycandan bu sosial şəbəkəyə yerləşdirilən 390 min 223 videonu silib”.
Bu barədə şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya Xidmətinin rəhbəri Kristina Yeremeyeva məlumat verib.
O bildirib ki, həmin videoların 95,2 faizi proaktiv (şikayət edilməzdən əvvəl videonu müəyyənləşdirmək və silmək - red.) şəkildə silinib. Həmçinin bu videoların 80,1 faizi yayımlandığı 24 saat ərzində TikTokdan qaldırılıb.
K. Yeremeyevanın sözlərinə görə, bu ilin birinci rübündə bütün dünyada 91.003.510 video silinib. Silinmiş videoların 96,7%-i proaktiv şəkildə silinib. Videoların 89,9%-i paylaşılandan sonra 24 saat ərzində silinib. Eyni zamanda dünyada 13 yaşadək 16.947.484 istifadəçi hesabı silinib.
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...