İdmançımız Avropa çempionatında 3 qızıl medal qazandı

13:37 07-07-2023 | icon 750
İdmançımız Avropa çempionatında 3 qızıl medal qazandı

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Moldovanın paytaxtı Kişineuda yeniyetmələr arasında keçirilən Avropa çempionatında 3 qızıl medal qazanıb.

73 kq çəki dərəcəsində mübarizə aparan idmançı yaşı 17-yə qədər olan oğlanların yarışında birdən qaldırma hərəkətində 137 kq-ı ram edərək 1-ci yeri tutub.

Təkanla qaldırmada 162 kq-ı başı üzərinə qaldıran təmsilçimiz eyni uğuru təkrarlayıb. 

Toplam 299 kq (137+162) nəticə göstərən atlet yekun sıralamada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Digər xəbərlər

0.34926605224609