“Neftçi”dən yeni transfer

16:20 23-07-2023 | icon 631
“Neftçi”dən yeni transfer

“Neftçi” daha bir transferini rəsmiləşdirib.

Macarıstanlı futbolçu Mark Tamaşla 2 illik müqavilə bağlanılıb. 29 yaşlı mərkəz müdafiəçisi paytaxt təmsilçisinin heyətində 4 nömrəli formanı geyinəcək.

 
 

Mark Tamaş Macarıstanın “Videoton” (2012-2013), “Puşkaş Akademiya” (2013-2015), “Dioşqyör” (2015-2020), Polşanın “Şlask” (2020-2022) və Rumıniyanın “Sepsi” (2022-2023) klublarında çıxış edib. Macarıstan milli komandasının heyətində 1 oyun keçirib. O, bu il “Sepsi”nin heyətində Rumıniya kubokunun və Superkubokunun qalibi olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Azərbaycan millisinin üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi və braziliyalı mərkəz müdafiəçisi Yuri Matiası transfer edib.


Digər xəbərlər

0.22488784790039