Mübariz Mənsimova həsr olunan filmin anonsu yayımlandı - Video
“Palmali Holding” şirkətinin prezidenti Mübariz Mənsimovun həyatı və fəaliyyətinə həsr olunmuş “Mübariz Zirvəsi” adlı sənədli film hazırlanıb.
Dörd hissədən ibarət olan filmdə Mübariz Mənsimovun uşaqlıq, məktəb və gənclik illərindən, onun şəxsiyyət kimi formalaşmasına əvəzsiz töhfələr vermiş ailəsindən bəhs olunur. Sənədli filmdə həmçinin Mübariz Mənsimovun iş adamı və xeyriyyəçi kimi fəaliyyətindən, sadə insanların onun fəaliyyətinə verdiyi qiymətdən geniş danışılır. Filmdə “Palmali Holding” şirkətinin prezidentinin ailə üzvləri, övladları, keçmiş sinif yoldaşları, biznes sahəsində Mübariz Mənsimovu yaxşı tanıyan iş adamları, dostları, şəhid anaları və ataları, onun xeyriyyəçiliyi nəticəsində şəfa qazanmış və işlərində böyük uğurlar əldə etmiş insanlar fikirlərini bölüşüblər.
Qeyd edək ki, sənədli filmin hazırlanmasında tamaşaçı auditoriyasına Mübariz Mənsimovun həyat və fəaliyyətini ilə bağlı indiyədək işıq üzü görməyən kadrlardan istifadə olunub. Çəkilişlər Azərbaycanın Bakı şəhərində, Masallı və Astara rayonlarında, həmçinin Türkiyənin İstanbul və Bodrum şəhərlərində həyata keçirilib.
Xatırladaq ki, filmi sabahdan “Qafqazinfo” saytında və Mübariz Mənsimovun rəsmi yutub kanalından izləyə bilərsiniz.
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...
-
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
...
-
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
...
-
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
...
-
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
...
-
"CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTOLAR
...
-
Nazirdən Nəzrinlə Mərdana toy hədiyyəsi - Foto
...