Vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı tələbi

14:14 03-08-2023 | icon 845
Vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı tələbi

Prezident İlham Əliyevin 22 iyul tarixində Şuşada “Euronews” televiziya
kanalına verdiyi müsahibəsində ünvanına çox dəqiq deyilmiş mesajlar var. Prezident
qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dəhlizə müəyyən
dərəcədə nəzarət etmək səylərinin səbəbi Qarabağda ötən il noyabrın əvvəlində təbii
sərvətlərin yenidən qeyri-qanuni çıxarılması faktı ilə bağlı idi. Müharibədən sonra o
dayandırıldı, çünki qeyri-qanuni idi.
Ermənistanla olan sərhəddə hərəkət etmək azadlığı bloklanmayıb.
Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsinin qurulması bizim legitim
hüququmuzdur və heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi
tərəfindən mübahisələndirilmir. Aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq
sakini Ermənistana asan şəkildə gedib-gəlib.
Qırmızı Xaç Komitəsinin qanunsuz əməlləri aşkar olundu. Qırmızı Xaç
Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi
məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu
etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Qırmızı Xaç
Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da
yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi
tanıyır. Hətta Ermənistanın baş naziri dəfələrlə “Qarabağ Azərbaycandır” söyləyib.
Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox,
İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir”, - deyə dövlətimizin başçısı
bildirib.
Ümumiyyətlə, bu gün Ermənistan hakimiyyətinin Laçın yolu üzərində oynamağa
çalışdığı tamaşası isə heç bir məntiqə sığmır. Əks halda, bu məntiqsizliyi də aradan
qaldırmaq üçün Azərbaycan əlində olan bütün vasitələrdən istifadə etmək gücündə
və iqtidarındadır. Azərbaycan sülh müqaviləsinin bağlanmasına tərəfdardır. Bu
məsələdə Azərbaycanın iki ölkə arasında uzunmüddətli sülhlə bağlı mövqeyinin hələ
də dəyişməz qaldığını bildirən İlham Əliyev bu mövqeyin daim belə olmayacağını da
ifadə edərək dedi ki, əgər Ermənistan sülhə hazır olmayacaqsa, Azərbaycanın sülh
təklifi masa üstündə əbədi qala bilməz. Beləliklə, Prezidentin “Euronews”
telekanalına müsahibəsində bəyan etdiyi kimi, ikili standartlar beynəlxalq
ədalətsizlikdir. Biz bunu daim diqqət mərkəzində saxlamalı, möhtərəm
Prezidentimizin, qalib Ali Baş Komandanımızın bu sahədə qaldırdığı təşəbbüsıləri
hər zaman dəstəkləməliyik.

Həmdulla Əliyev,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Cəlayir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini


Digər xəbərlər

0.34062504768372