AFFA müraciət etdi, UEFA qərarını dəyişmədi

00:35 05-08-2023 | icon 860
AFFA müraciət etdi, UEFA qərarını dəyişmədi

Avqustun 10-da Bakıda avrokubokların 3 oyunu keçiriləcək. UEFA “Qarabağ”, “Neftçi” və “Sabah”ın ev oyunlarının eyni gündə Bakıda keçirilməsinə qərar verib. 

AFFA oyun günlərinin dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət etsə də, müsbət nəticəyə nail ola bilməyib.

 
 

Bunu açıqlamasında qurumun mətbuat katibi Elnur Məmmədli deyib:

“Üç avrokubok oyununun eyni gündə Bakıda keçirilməməsi ilə bağlı UEFA-ya müraciət etmişdik. UEFA-dan bizə cavab verildi ki, qonaq komandalardan biri razılaşarsa, matçlardan biri avqustun 9-da keçirilə bilər. Lakin rəqib komandalar səfər proqramını öncədən tərtib etdiklərindən bununla razılaşmadılar. Nəticədə, UEFA yekun qərarı verdi ki, oyunlar bir gündə avqustun 10-da keçirilsin”.


Digər xəbərlər

0.19452905654907