Davam edən təxribatlar fayda verməyəcək

09:53 21-08-2023 | icon 756
Davam edən təxribatlar fayda verməyəcək

Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası
üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu.
Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın Laçın-Xankəndi
yolundan hərbi təchizat və təxribat məqsədləri üçün yararlanmağa çalışdığını dəfələrlə
bildirib, bununla bağlı əyani faktları təqdim edib. Azad edilmiş ərazilərdə, xüsusilə də
Laçın rayonunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş minaların aşkarlanması
buna əyani sübut olub.
Ermənistanın Beynəlxalq Qırmızı Xaç Komitəsindən siyasi məqsədləri üçün sui-
istifadə etməsi açıq şəkildə göstərir ki, regionda beynəlxalq mövcudluğun, o cümlədən
BMT-yə bağlı təşkilatların artırılmasına dair çağırışların humanitar narahatlıqlarla heç bir
əlaqəsi yoxdur. Ağdam-Xankəndi yolu açılmalıdır. Məruzəçi dövlətlər tərəfindən Laçın
dəhlizinə paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün
bildirilməsi tamamilə Azərbaycanın maraqlarına cavab verir.
BMT-nin son qərarı Ermənistan rəhbərliyində və Qarabağdakı separatçı xunta
rejimində dərin məyusluq yaradıb. Əsassız iddialarının davamlı olaraq puça çıxması
fonunda Qarabağ ermənilərinin yeganə düzgün qərarı Azərbaycan vətəndaşlığını qəbul
etmək, ölkəmizin yaradacağı etibarlı təhlükəsizlik və sivil birgəyaşayış mühitindən
bəhrələnərək dinc yaşamaq olardı. Əslində, BMT-nin son qərarından sonra bu prosesin
sürətlənəcəyini də əminliklə söyləmək olar.
Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-
Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi.
Sözügedən yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından birinə - “İpək Yolu” və ya
M2 avtomobil yolu kimi tanınan, habelə beynəlxalq bazarlara etibarlı əlaqəni təmin edən
magistral yolu ilə bağlıdır. Uzunluğu 59 kilometr olan, dağlıq və serpantinli ərazidən
keçən Laçın-Xankəndi yolu ilə müqayisədə bu yol Ağdamla Xankəndi arasında cəmi 18
kilometrdir.
Qarabağ müstəqil dövlət olmayacaq. Ermənistan tərəfinin manipulyasiyalarına
aldanmamaqla BMT TŞ-sı Qarabağdakı separatçılara, Ermənistandakı militarist
dairələrə və diaspordakı daşnaklara qəti şəkildə bildirdi ki, müstəqil Artsax adlı dövlət
qurumu olmayacaq. Azərbaycanın suveren ərazisində qeyri-qanuni yerləşdirilmiş
radioelektron döyüş texnikasından istifadə xüsusi narahatlıq doğurur. Son həftələr
ərzində təkcə “Azərbaycan Hava Yolları”nın deyil, xarici ölkələrin mülki təyyarələri də
onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb.
Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən
hərəkətlərinə son qoymalıdır. Bölgədə davamlı sülh üçün tarixi fürsətin qaçırılmaması
həyati əhəmiyyət kəsb edir.

Hikmət Qələmov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Zopun kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi


Digər xəbərlər

0.32530283927917