Ulu Öndər Heydər Əliyev və milli gənclik dəyərləri

22:44 24-08-2023 | icon 460
Ulu Öndər Heydər Əliyev və milli gənclik dəyərləri

Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar
müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. Xalqın tarixi yaddaşının özünə
qaytarılması onun qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının
gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının
gerçəkləşməsi üçün zəmin yaratmışdır.
Ulu öndər Heydər Əliyev deyirdi: “Mən inanıram ki, Azərbaycanın bu gün yetişən gənc
nəsli bütün keçmiş nəsillərdən daha da yüksəklərə qalxacaqdır. Çünki siz müstəqil
Azərbaycanda, öz azad Vətəninizdə yaşayırsınız.”
Ulu öndərin dediyi kimi, Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan
bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır.
Ulu öndər deyirdi: “Kim bizim əxlaqımıza, mənəviyyatımıza, milli ənənələrimizə zidd
olan yollarla gedəcəksə, o cür həyat tərzi ilə yaşayacaqsa, onların Azərbaycanda
yaşamaq hüququ yoxdur.” Demokratik cəmiyyətdə dinin və əqidənin rolu haqqında
demişdi: “Avropa ilə Asiyanın qovuşağında, Böyük İpək Yolunun üstündə yerləşən
Azərbaycanda zərdüştilik, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş,
islam, xristian və yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc
yanaşı yaşamış və gördüyümüz kimi, indi də yaşamaqdadır.
Ulu öndər 21 noyabr 1998-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının
altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda nitqində demişdi: “Mən bu gün bir
azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri
cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən
böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir... Biz tarixi
köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını
dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik... Öz milli-
mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan
xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq... Ümumbəşəri dəyərlərlə
milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və
gələcəyidir.”
Bu gün müstəqil Azərbaycan Respublikasının bütün sahələrində dahi rəhbərimizin
izi görünür. Dövlətimiz Heydər Əliyev ideyaları ilə yaşayır və onun milli tolerantlıq
konsepsiyası möhkəm əllərdədir. Ulu öndərin dediyi kimi, Azərbaycan on illərlə, yüz
illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni
olmalıdır.

Pənah Baxşəliyev,
Cəlilabad rayon Komanlı kənd
tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.22098398208618