Azərbaycan-Özbəkistan əlaqələrinin parlaq təzahürü

11:06 25-08-2023 | icon 550
Azərbaycan-Özbəkistan əlaqələrinin parlaq təzahürü

Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə
daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də töhfələr
verməkdədir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən
Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair
Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.
Hamıya yaxşı məlumdur ki, ulu öndər Heydər Əliyev özbək xalqına böyük sevgi
ilə yanaşırdı. Ölkələrimiz arasında cari münasibətlərin strateji istiqamətləri məhz
Özbəkistan Prezidenti İslam Kərimovun 1996-cı ildə Azərbaycana və ümummilli lider
Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfərləri zamanı müəyyənləşdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev isə ölkələrimiz arasında əlaqələrin, xüsusilə
də humanitar sahədə əməkdaşlığın əhəmiyyətini önə çəkərək qeyd edib: “Biz
ölkələrimiz arasında humanitar əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu, tamamilə
təbiidir, çünki xalqlarımız qardaş xalqlardır, yaxın xalqlardır. Biz özbək ədəbiyyatını,
musiqisini, mədəniyyətini çox sevirik. Yəni, bunlar sizin üçün olduğu kimi, bizim üçün də
əziz və doğmadır".
Özbəkistanda Heydər Əliyevin xatirəsinin sevgi və hörmətlə yad edildiyini
vurğulayan dövlətimizin başçısı İlham Əliyev Daşkənddə Heydər Əliyev Meydanının
açılışında çıxış edərkən ulu öndərin Azərbaycan–Özbəkistan münasibətlərinin
dərinləşməsindəki fəaliyyətini yüksək dəyərləndirərək, deyib: “Şavkat Miromonoviçin
düzgün olaraq qeyd etdiyi kimi, Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı.
Onun oğlu kimi, canlı şahid kimi təsdiq edə bilərəm ki, 1970-ci illərdə də onun Şərəf
Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də
onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim
münasibətlərimizin bugünkü inkişafının təməli idi. Şavkat Miromonoviç ilə biz də bu şanlı
estafeti davam etdiririk. Biz xalqlarımızı inkişaf yolu ilə və sıx qarşılıqlı fəaliyyət yolu ilə
aparırıq. Mən atamın işinin davamçısı kimi, Azərbaycan Prezidenti kimi öz fəaliyyətimdə
bizim ikitərəfli münasibətlərə daim xüsusi diqqət ayırıram”. Daşkəndin mərkəzində Ulu
Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan
xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və
dostluğunun təzahürüdür. Küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan
xalqının böyük liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq
münasibətidir.
Düşünürəm ki, Əməkdaşlığın inkişaf dinamikası məqbuledicidir. Mərkəzi Asiyanın
ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan
arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.

Əvəzağa Astanov,
Cəlilabad şəhər 6 nömrəli
ümumi orta məktəbin direktoru


Digər xəbərlər

0.23536396026611