İcra başçısı Sahil qəsəbəsinin sakinləri ilə görüşdü - Fotolar

00:38 26-08-2023 | icon 1228
İcra başçısı Sahil qəsəbəsinin sakinləri ilə görüşdü - Fotolar

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Sahil qəsəbəsinin sakinləri ilə görüşüb.

Qəbulda Milli Məclisin deputatı Aydın Hüseynov, Sahil qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

 
 

Keçirilmiş səyyar qəbula 100-ə yaxın qəsəbə sakini qatılıb.

Sakinlərdən 6 nəfəri fərdi qaydada dinləyən Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll olunub.

Qeyd edək ki, Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

 

 




Digər xəbərlər

0.23223304748535