Külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq

15:33 28-08-2023 | icon 647
Külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq

Avqustun 29-u axşamdan 30-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Avqustun 29-u səhər şimal və qərb rayonlarından başlayaraq 30-u axşamadək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal var.

Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


Digər xəbərlər

0.23240780830383