“Qarabağ” və “Olimpiya”nın son məşqinin vaxtı açıqlanıb

15:34 28-08-2023 | icon 885
“Qarabağ” və “Olimpiya”nın son məşqinin vaxtı açıqlanıb

“Qarabağ”ın və Sloveniyanın “Olimpiya” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək cavab oyunu ərəfəsində son məşqlərinin vaxtı müəyyənləşib.

Hər iki komanda son hazırlığını matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda görəcək.

Avqustun 30-da, saat 18:30-da ilk olaraq Azərbaycan çempionu meydana çıxacaq. Bundan yarım saat əvvəl baş məşqçi Qurban Qurbanov mətbuat konfransında iştirak edəcək.

Qonaq komandanın açıq məşqi isə 20:00-a planlaşdırılıb. Lyublyana təmsilçisinin baş məşqçisi Joao Enrike saat 21:20-də media nümayəndələrinin sualarını cavablandıracaq.

Qeyd edək ki, avqustun 31-də keçiriləcək görüş saat 20:00-da başlayacaq. Sloveniyada gerçəkləşən ilk qarşılaşmada “Qarabağ” 2:0 hesabı ilə qələbə qazanıb.


Digər xəbərlər

0.23832297325134