İşdən çıxarılan generalın yerinə - Təyinat

22:57 06-09-2023 | icon 789
İşdən çıxarılan generalın yerinə - Təyinat

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.

Artıq onun yerinə təyinat var. Belə ki, müvafiq sərəncamla polkovnik Elçin Məmmədov bu vəzifəyə təsdiq edilib.

E.Məmmədov yeni təyinatadək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin komandiri olub. O, Prezidentin Sərəncamı ilə bu ilin martında “Vətən uğrunda” medalı ilə təltif edilib.


Digər xəbərlər

0.2983500957489