AFFA-nın təşkilatçılığı ilə idman jurnalistləri üçün seminar keçirilib

20:56 13-09-2023 | icon 682
AFFA-nın təşkilatçılığı ilə idman jurnalistləri üçün seminar keçirilib

AFFA-nın təşkilatçılığı ilə Hakimlər Komitəsi tərəfindən idman jurnalistləri üçün seminar keçirilib.

Bakı Olimpiya Stadionunda baş tutan tədbirdə komitənin sədri Barış Şimşək və yan xətt hakimlərinin təlimatçısı Tarık Onqun iştirak edib.

Seminarda oyun qaydalarına edilmiş dəyişikliklər haqqında məlumat verilib, ən son yeniliklər media nümayəndələrinin diqqətinə çatdırılıb.

İdman jurnalistləri Paşa Sığorta VAR otağında AFFA VAR Mərkəzinin iş rejimi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Seminar çərçivəsində media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.


Digər xəbərlər

0.30982804298401