Abdolbari Gozal “Qarabağ”ı təbrik etdi
“Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, “Qarabağ” Futbol Klubunun fəxri prezidenti Abdolbari Gozal komandanın rəhbərliyi ilə görüşüb.
Görüşdə klubun vitse-prezidenti Fevzihan Aras, direktoru Emrah Çelikel, baş məşqçi Qurban Qurbanov, İdarə Heyətinin üzvləri Asif Əsgərov və Rafiq Şahverdiyev iştirak edib.
Fəxri prezident “Qarabağ”ın ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə düşməsini böyük uğur kimi qiymətləndirib. Norveçin “Molde” klubunu 1:0 hesabı ilə məğlub etməklə qrup mərhələsinin I turunda qələbə qazanan ilk Azərbaycan klubu olmasına toxunan Abdolbari Gozal “Qarabağ”ı bu uğurlar münasibətilə təbrik edib.
O, Asif Əsgərovu Avropa Klublar Birliyinin (European Club Association) 2023-2027-ci illər üçün İcraiyyə Komitəsinə üzv seçilməsi münasibətilə təbrik edib, beynəlxalq futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olan funksionerə uğurlar arzulayıb. Fəxri prezident klubumuzun artıq təkcə futbolçu deyil, idarəçilər də yetişdirməsini fəxrlə vurğulayıb. Abdolbari Gozal görüşün sonunda İdarə Heyətinin üzvlərinə tapşırıq və tövsiyələrini verib, komandaya beynəlxalq və daxili yarışlarda uğurlar arzulayıb.
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...