Qubada Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə idman jurnalistləri üçün təşkil olunmuş təlim başa çatıb
Gənclər və İdman Nazirliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) təşkilatçılığı ilə idman jurnalistləri üçün keçirilən 3 günlük təlimlərə yekun vurulub.
Quba Olimpiya İdman Kompleksində təşkil olunan treninqin mentoru "High Park Communications” şirkətinin təsisçisi və direktoru, dünyanın tanınmış və ən təcrübəli media təlimçilərindən Kolin Qibson olub.
Təlimlər müddətində media nümayəndələri arasında müxtəlif idman növləri (voleybol, badminton, stolüstü tennis, basketbol, futbol, üzgüçülük) üzrə yarışlar keçirilib, viktorinalar təşkil olunub.
Təlimlərin sonuncu günündə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov təqdimatla çıxış edib. Şöbə müdiri bu təlimlərin ölkə idman mediasının inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib və treninq iştirakçılarına uğurlar arzulayıb. Ardınca "Əhali arasında sağlam həyat tərzinin təbliği", "Azərbaycanda idmanın təbliği və inkişafına dəstək" və digər mövzular haqqında məlumat verib.
Treninqin sonunda dinləyicilərə sertifikatlar təqdim edilib.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...