Səttar Möhbalıyev: “Şərqi Zəngəzurda və Qarabağda aparılan quruculuq işlərinin əsas memarı Prezident İlham Əliyevdir”

09:54 19-10-2023 | icon 496
Səttar Möhbalıyev: “Şərqi Zəngəzurda və Qarabağda aparılan quruculuq işlərinin əsas memarı Prezident İlham Əliyevdir”

“Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq salnaməsinin mühüm səhifəsini Füzuli
şəhərinin işğaldan azad edilməsi təşkil edir. Əsgər və zabitlərimiz misilsiz rəşadət
göstərərək özünəməxsus taktika ilə şəhəri düşməndən təmizlədilər. Odur ki, 17
oktyabr bizim üçün əziz bir günə - bayrama çevrilib və “Füzuli Şəhəri Günü” kimi
qeyd olunur. Rayonun azad olunmasında iştirak edərək qəhrəmanlıqlar göstərmiş
bütün əsgər və zabitlərimiz dövlətimiz tərəfindən orden və medallarla təltif edildi”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı
Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və
Prezidentin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də “Füzuli
Şəhəri Günü” münasibətilə möhtəşəm bayram tədbiri təşkil olundu: “Füzuli şəhərinə
köçmüş sakinlər şən əhval-ruhiyyə ilə Şəhər Gününü qeyd etdi, öz yurdlarına,
torpaqlarına sevgilərini göstərdilər. Xankəndidə bayraq ucaltdıqdan sonra
dövlətimizin başçısı cənab İlham Əliyev bu əziz gündə Füzuli sakinlərini tək
buraxmadı, onlarla görüşdü, təbriklərini çatdırdı. Artıq qələbə tarixindən 3 il ötür, bu
müddət ərzində çox şey dəyişib. Düşmən tərəfindən talan edilən, evləri sökülüb
oğurlanan, ağacları, meşələri qırılıb məhv edilən rayon bu gün aparılan quruculuq
işləri fonunda yeni və daha gözəl görkəm almaqdadır. Rayon vaxtı ilə oradan ayrı
düşmüş sakinlərini qarşılayır. Onlar böyük sevinclə, şövqlə, fərəh hissi ilə qayıdırlar.
Dövlətimiz onlar üçün yeni mənzillər inşa edir, sosial obyektlər tikir, infrastruktur
yaradır. Bir sözlə, onların doğma yurdlarında rahat və xoşbəxt yaşaması üçün bütün
zəruri tədbirlər görülür. Artıq 800-dən çox insan öz evinə köçüb. Prezidentimiz müjdə
verdi ki, ilin sonuna qədər onların sayı 2 minə yaxın olacaq. Həmçinin 2026-cı ilin
sonunda 22 min insan Füzulidə yaşayacaq. Ümumilikdə isə həmin vaxt Qarabağ və
Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Təbii ki, qısa müddət ərzində bu qədər insanı yerləşdirmək, onlar üçün bütün zəruri şərait yaratmaq dövlətimizin gücünü, qüdrətini göstərir. Sözsüz ki, bu uğurların müəllifi, aparılan quruculuq işlərinin memarı Prezidentimiz cənab İlham Əliyevdir”.
“Sakinlərlə söhbəti zamanı Prezidentimiz Azərbaycan xalqının öz torpağına
sevgisindən söz açdı. Həqiqətən də, xalqımız çox vətənpərvərdir. Biz bunu Vətən
müharibəsində daha qabarıq bütün dünyaya sübut etdik. Göstərdik ki, nə qədər
üstündən zaman keçsə də, illər ötsə də, doğma Qarabağımızı bizə heç kim unutdura
bilmədi, bu yolda canımızdan belə keçməyə hazır olduq. Məhz Vətənə olan sevgimiz
bizi yenidən öz torpaqlarımıza qovuşdurdu”, - AHİK sədri qeyd edib.
“Prezidentimiz çıxışında tövsiyə etdi ki, biz heç vaxt işğalı, əzab-əziyyəti
unutmamalıyıq. Keçmişə dönüb baxsaq, görərik ki, doğrudan da, xalqımız çox ağır
sınaqlarla üz-üzə qaldı, məcburi köçkün həyatı yaşamağa məcbur oldu. İlk əvvəllər
onlar çadırlarda, vaqonlarda məskunlaşdılar, bu, həddindən artıq acınacaqlı vəziyyət
idi. Amma onlar başlarını dik tutdular, ümidlərini itirmədilər, mətin dayandılar, böyük
səbir nümayiş etdirdilər və gələcəyə böyük ümidlə baxdılar. Bu, növbəti nəsillər üçün
də böyük nümunə olmalıdır. Onlar vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar,
Vətəni, dövləti sevməlidirlər, onu qorumalıdırlar. Ən əsası öyrənməlidirlər ki,
Azərbaycanın qələbələrinin, uğurlarının təməlini, ilk növbədə, xalqımızın birliyi təşkil
edib. Odur ki, hər zaman həmrəy olmalıdırlar. Dövlətimizin başçısı iştirak etdiyi
tədbirlərdə, keçirdiyi görüşlərdə hər zaman şəhidlərimizi yad edir, əsgər və
zabitlərimizin qəhrəmanlıqlarından söz açır. Çıxışı zamanı bir daha qeyd etdi ki,
hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Təbii ki,
Vətən müharibəsində qazanılan şanlı Qələbənin əsas müəllifi müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əsgər və zabitlərimizdir. Onlar bizə bu
xoşbəxtliyi nəsib etdilər, düşməni, işğalçı ordunu məhv etdilər, separatizmi, qondarma
rejimi diz çökdürdülər”, - Milli Məclisin deputatı bildirib.


Digər xəbərlər

0.28349614143372