“Mingəçevir Reqatası-2023” beynəlxalq turniri qaliblərinin mükafatlandırma mərasimi keçirilib
Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinin mükafatlandırma mərasimi keçirilib.
Yarışın qalibləri fəxri kürsüyə çıxıblar.
Onlara medalları gənclər və idman naziri Fərid Qayıbov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, AKAF prezidenti Vüqar Əhmədov, Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Cavit Kabakçı, Türkiyə Avarçəkmə Federasiyasının prezidenti Erhan Ertürk, AKAF-ın baş katibi Fərhad Əliyev və digər rəsmi şəxslər təqdim ediblər.
Son gündə 2005-2006, 2007-2008 və 2009-2010-cu il təvəllüdlü avarçəkənlər bir nəfərlik və iki nəfərlik kayak qayığında 200 və 500 metr məsafəyə yarışlarda qüvvələrini sınayıblar. Azərbaycan idmançıları 5 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar.
Beləliklə, Azərbaycan komandası turniri 20 medalla (8 qızıl, 4 gümüş, 8 bürünc) başa vurub.
Qeyd edək ki, oktyabrın 25-də startı verilən “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib.
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...
-
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
...
-
Bilyard üzrə "Quba Open” turniri keçirilib
...
-
Azərbaycanda 3-cü dəfə Red Bull Car Park Drift həyəcanı yaşanacaq
...
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...