“Nar” Laçın şəhərində ilk mağazasını açdı!
“Nar” Laçın şəhərində satış və xidmət mağazasını təqdim edən ilk mobil operator oldu. Şəhərin mərkəzində yerləşən mağazada nömrələrin satışı, bərpası və digər xidmətlərlə yanaşı, mobil telefonların, müxtəlif cihazların və aksesuarların satışı da həyata keçirilir.
Yeni mağazanın açılışı ilə bağlı “Nar”ın Baş İcraçı Direktoru Qunnar Panke bildirib:
“Laçın şəhərində mağazasını açan ilk mobil operator olmaqdan qürur duyuruq. Artıq Laçında da “Nar”ın üstün müştəri xidmətləri və sərfəli qiymətlərindən yararlanmaq mümkündür. “Nar” Qarabağda öz infrastrukturunu sürətlə genişləndirməyə davam edəcək”.
Regionlara xüsusi diqqət və sərfəli qiymət “Nar”ın müştəriyönümlülük strategiyasının əsas istiqamətlərindən biridir. Mobil operator bölgələrdəki müştəriləri üçün özəl tariflər və yeni konsepsiyalı mağazalar təqdim edir. “Nar” mağazalarının geniş siyahısı və təklif olunan xidmətlər haqqında ətraflı məlumatı nar.az ünvanından əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...
-
“E-taksi” sistemi yaradıldı - Bu sürücülər cərimələnəcək
...
-
“Yelo kartlar”ı ilə ölkədaxili bütün kartlara pulsuz köçürmələr
...
-
Taksi fəaliyyəti üçün rüsumlar - Açıqlandı
...