“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər

18:59 06-12-2023 | icon 759
“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər

Müştərilərin asanlıqla korporativ təkliflərdən yararlanmağı üçün artıq Bakı və bölgələrdə yerləşən “Nar” Satış Xidmət Mərkəzləri də fərdi sahibkarlar üçün korporativ nömrələr təqdim edəcək. İstənilən VÖEN-ə sahib şəxs, sadəcə şəxsiyyət vəsiqəsi ilə, xidmət mərkəzlərindən birinə yaxınlaşaraq “Nar” korporativ nömrəsi əldə edə bilər.

“Nar” Satış və Xidmət Mərkəzlərində, fərdi sahibkarlarla yanaşı, dövlət qurumlarının əməkdaşları da korporativ təkliflərdən yararlanmaq imkanı əldə edirlər. Müraciət edən şəxs əməkdaş vəsiqəsini də təqdim edərək 3 korporativ nömrə əldə edə bilər.

Nar.az/corporate səhifəsinə keçid edərək “Nar”ın korporativ təklifləri haqqında ətraflı məlumat əldə edə və həmçinin “Nar”ın korporativ satış şöbəsi ilə əlaqə saxlaya bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Digər xəbərlər

0.27063679695129