Novruz, Ramazan və Qurban bayramlarının tarixləri açıqlandı

23:57 09-12-2023 | icon 1194
Novruz, Ramazan və Qurban bayramlarının tarixləri açıqlandı

Azərbaycanda 2024-cü ilin Novruz, Ramazan və Qurban bayramlarının tarixləri açıqlanıb. 

Bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarda əksini tapıb.

Qərara əsasən, 2024-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 10, 11-i Ramazan Bayramı, iyunun 16, 17-si Qurban bayramı müəyyən edilib.

Əmək Məcəlləsinə əsasən, yuxarıda nəzərdə tutulan günlər iş günü hesab edilmir.


Digər xəbərlər

0.28373408317566