AHİK sədri Səttar Möhbalıyev 70 yaxın şəhid ailəsi və qazi ilə görüşüb

07:19 29-12-2023 | icon 434
AHİK sədri Səttar Möhbalıyev 70 yaxın şəhid ailəsi və qazi ilə görüşüb

Dekabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)
sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK tərəfindən övladları
himayəyə götürülmüş şəhidlərimizin ailə üzvləri və qazilərlə görüşüb.
İştirakçıları salamlayan Səttar Möhbalıyev onları qarşıdan gələn 31 Dekabr -
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə
təbrik edib.
AHİK sədri görüşdə 44 günlük Vətən müharibəsindən, müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik keyfiyyətlərindən və
diplomatik bacarığından, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söz açıb.
Bildirib ki, bu il yenilməz Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab
İlham Əliyevin rəhbərliyi ilə Qarabağda antiterror tədbirləri həyata keçirərək
separatizmin kökünü birdəfəlik kəsdi və bununla da ölkəmizin bütün ərazisində
dövlətimizin suverenliyi tam təmin olundu. Artıq üçrəngli müqəddəs Bayrağımız
Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavəndə dalğalanır.
Səttar Möhbalıyev həmçinin dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə olan
diqqət və qayğıdan söz açıb. Vurğulayıb ki, illər keçsə də, Azərbaycan dövləti və
xalqı şəhidlərini heç vaxt unutmayacaq, əziz xatirələrini dərin ehtiramla yad
edəcək.
Şəhid ailələrinin üzvləri və qazilər həm dövlətimiz, həm də xalqımız tərəfindən
onlara olan ali münasibətdən və yüksək qayğıdan razılıqlarını ifadə ediblər. Qeyd
olunub ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident
Mehriban xanım Əliyeva onlara xüsusi diqqət göstərir və hərtərəfli dəstək olur.

Sonda AHİK tərəfindən iştirakçılara pul vəsaiti və bayram sovqatları verilib. Eləcə
də şəhid və qazi övladlarına bayram şənliklərində iştirak etmək üçün biletlər
paylanılıb, hədiyyələr təqdim olunub.
Qeyd edək ki, görüşdə 70-ə yaxın şəhid ailəsinin üzvü və qazi iştirak edib.


Digər xəbərlər

0.23442697525024