“Neftçi”nin 3x3 basketbol komandası dünya reytinqində ilk “üçlük”də

18:12 07-01-2024 | icon 931
“Neftçi”nin 3x3 basketbol komandası dünya reytinqində ilk “üçlük”də

“Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası dünya reytinqində üçüncü pillədə yer alıb.

Brianna Freyzer, Erika Karter, Aleksandra Mollenhauer və Dina Ulyanovadan ibarət komanda 543,813 əmsalla ilk “üçlük”də qərarlaşıb.

30 komandanın yer aldığı reytinqə 628,222 əmsalla Kanada millisi başçılıq edir. Çin yığması (591,292) ikinci sırada qərarlaşıb.

İlk “10-luq”da yer alan komandalar:

1. Kanada - 628,222

2. Çin - 591,292

3. “Neftçi” (Azərbaycan) - 543,813

4. ABŞ - 409,451

5. Fransa - 407,802

6. Almaniya - 383,461

7. İspaniya - 369,706

8. “Yuanda” (Çin) - 345,176

9. Niderland - 335,568

10. “Düsseldorf” (Almaniya) - 319,771


Digər xəbərlər

0.25762510299683