“Qadınım” tamaşasına 2 prizmadan baxış

01:00 28-01-2024 | icon 946
“Qadınım” tamaşasına 2 prizmadan baxış

Bir neçə aydı Azərbaycan Dövlət Akademik Musiqili Teatrında premyerası gözlənilən "Qadınım" tamaşasının nümayişi 2 gün əvvəl gerçəkləşdi.

Səhnə əsəri tanınmış türk yazıçı-dramaturqu Tuncər Çücənoğlunun "Matroşka" pyesi əsasında ərsəyə gəlib. Musiqili lirik-psixoloji melodram kimi təqdim olunan tamaşanın quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlova, bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdi. Türk retro musiqilərinin canlı ifa olunduğu "Qadınım" tamaşasında gənc aktyorlar - Prezident mükafatçısı Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor artistləri iştirak edirlər. Əsərin plastik həlli Əməkdar artist Nigar Şahmuradovaya aiddir, o həm də aktrisa kimi çıxış edirdi. Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterı Məlahət Qasımova, musiqi tərtibatıçısı Əmrah Dadaşovdu. Video görüntüləri isə Murad Həsənova məxsusdu.
Səhnə əsəri haqqında yuxarıda qeyd etdiyim məlumatları, quruluşçu-rejissor İradə Gözəlovanın müəllifi olduğu "Anamın kitabı" tamaşasına baxdığımdan "Qadınım" əsərinin də maraqlı olacağını gözləyirdim. Amma və lakin...

Madam Gözəlovanın pyesini izlədikdən sonra ona 2 fərqli mövqedən - sənətkarlıq və cəmiyyətə vermək istədiyi mesaj prizmasından yanaşmaq qənaətinə gəldim.

Tamaşanın 2 əsas personajdan biri olan kişinin qadın düşkünü, seksual aclığı bütün çılpaqlığı ilə göründü. Həmçinin onun zərif cinslə şəhvət üzərindən münasibət qurması da sürətli keçidlərlə yadda qaldı. Diqqət çəkən məqamda odur ki, qeyd etdilərim nə reallıq və sənətkarlıq çəkisi görünmədi. Reallıq odur ki, ən ehtiraslı, hətta nimfomaniya xəstəliyindən əziyyət çəkən qadın belə rastlandığı və xoşlandığı kişiylə ilk dəqiqələrdən nə intim zonanın minimuma endirir, nə də seksual xarakterli hərəkətlərə keçidə imkan verir. "Qadınım"da isə "güclü cins"in ssenaristi və madmazel ilk anlardan şəhvət hisslərinin əsirinə çevrilirlər. Sanki seks yarışı üçün pərcimlənmişdilər. "Eşqbazlığ"a düşən mister bir neçə dəqiqə öncə heyran olduğu qızla film seyr edərkən uzun saçlının dikdabanını çıxarmasıyla daha da dəli olaraq: "İndi mənim üçün yeni dünya başlayır, sən mənə stimul verəcəksən" desə də, bu yeni dünya, stimul şəhvət qığılcımından şaxələnir. Kino seyri sonrası dənizkənarı kafedə çay süfrəsində bir araya gələrkən davam edən səhnədə də yaradıcılıqla məşğul olan "cənab"ın seksual aclığı, qıza təmasıyla "göz oxşadı". Hələ mister ssenaristin "Bütün qadağalara baxmayaraq o qadın mənim olmalıdı. Gəl deyəndə gəlməli, get deyəndə getməlidi" ifadəsində zərif cinsə romantik, məftunluq yox, zorakı yolla sahiblənmə özünü göstərirdi. Bu yanaşmadan sonra Zeki Mürenin "Getmə sənə möhtacam" mahnısının səsləndirilməsi yersiz idi. Hələ oğlanın özünün qıza təmkinli göstərmək üçün ona yazan qadın pərəstişkarlarının mesajlarını oxuması və lüt şəkillərini göstərməsi sanki səhnədə aktyorları bacarıqlarını yox, cəmiyyətimizdə yaşlarının artmasına rəğmən ərgənliyin daşını ata bilməyənlər idi. Aktyorun səhnədi rəqslərindən də baş açmaq olmadı. Bilmədik ssenrarist qəhraman ağır türk havası oynayır, yoxsa şadlanmaq üçün rəqs edir. Ümumiyyətlə tamaşada səslədirilən türk retro mahnılar ilə gördüklərimizin harmoniyası yox idi. Hətta musiqi seçimləri ilə səhnə əsərindəki etüdlər bir-birini tamamlamadı. Məsələn, Tanju Okanın "Kadınım" mahnısı götürək. Müğənni ifasında deyir:

Kıyıda köşede gülüşün kaybolmuş
Nolur terk etme, yalnızlık çok acı
Bu rengsiz dünyayı sevmişdik birlikte
Sen kadınım

“Qadınım” tamaşasına 2 prizmadan baxış

 

Təbii ki, həm musiqi, həm də sözləri gözəldi. Amma bu misralar bir-birini dəlicəsinə sevən, qovuşa bilməyən və ya bir araya gəlib də hər saniyəsini bir əsr kimi yaşayan, müəyyən səbəblərdən dolayı yolları ayrılacağı üçün hər görüşünü sonuncu gün kimi yaşayan cütlüklərə ittifah olunub. Amma "Qadınım" tamaşasında cinsi aclığından dolayı bir qadına sahiblənən, iradəsiz, qorxaq hətta sevirəm dediyi qadına evli olduğunu belə etiraf edə bilməyən cəsarətsiz bir "bəy", qarşı tərəfdə isə xəyallar aləmində yaşayan, hislərinə hakim ola bilməyən, hər dəfə aldadılmasına rəğmən qürurunu ayaqlar altına atan və qarşılıq görməyən bir madmazel faciəsini görürük. Səhnədə aktrisa tez-tez hər dəfə diqqət, nəvaziş, qayğı görməyəndə "and içirəm, bitər bu bərabərlik" bəyan etməsinə rəğmən ciddi addım atmır. Baxmayaraq ki, bu izdivacda aşlar bərabərsizlik aksiomadı. Ehtirasın toruna düşən zənənin özündən çıxması, emosiyalara qapılması səhnələrində də primitivliklə zəngin idi. Aktyorların ilk tanışlığından ta sonrakı mərhələlərdəki geyimlərində də gözəgəlimlilik yox idi. Yalnız qadının final səhnəsindəki qırmızı libas geyinməsi cəlb ediciydi.

Musiqi ilə səhnələrin uzlaşmadığını yuxarıda vurğuladım. İndi deyəcəyim ifadəmdən gözəl İradə xanım və onun pərəstişkarları inciməsin, amma ehtiraslıların ssenaristin xalası oğlunun mənzilindəki ilk görüşü zamanı Davud Güloğlunun "Ay nurcanım" mahnısının səsləndirilməsi bayağılığın kulminasiya nöqtəsi idi. Bu mahnıya nə gərək vardı?! Musiqi dühamız Üzeyir bəyin ruhu incisə də, bunu etiraf etmək məcburiyyətindəyəm: "Səhnədə adı çəkilən mahnı səsləndiriləndə, əttökən ifaları ilə diqqət çəkən Üzeyir Mehdizadəyə və onun kimilərinin ölənlərinə rəhmət oxudum.

Hesab edirəm ki, tamaşada Ümit Besen, Müslüm Gürsəs, Erol Evgin Emel Sayın, Coşqun Demir və digər sənətkarların sevgi mahnılarına yer verilsə, daha yaxşı olardı. Eləcə də Selda Bağcan ilə Ahmet Kayanın müxalif, etirazçı ifalarına, Cahid Berkayın saundrekləri və türkülər də repertuara daxil olunsa, tamaşanın təsir gücü artardı. Çünki, izdivacların xoşbəxtliklə nəticələnməməsi həm də həyatın ədalətsizliyidi. Yekunda baxdığımız səhnə əsərində qadına qarşı ədalətsizliyi görürük.

Tamaşada “O kişidi, mən xanım. Ona görə də ilk o, addım atıb mənə zəng etməlidi” (amma ardıncada əks cinsinə zəng etməsi uzlaşmadı). “Birdən bakirə olar ha… Ahh, bunu eşidəndə cıraq kimi yanıram”. “Köçürən kimi oturan şey deyil axı, bir az gözləyin də “. “Gərək ona bildirərdim ki, boynumdan öpəndə necə xoşlanıram. Nə tapıb eee ayaq barmaqlarımdan” və digər bu kimi ifadələr pyesi primitivlik bataqlığına sürükləyir. Sanki, sənətkar işi yox, Elxan Elatlı, Varis , İsmayıl Rizvanoğlu kimi bədii kreativlikdən yoxsul “yazıçı”ların təkrarçı “roman”larına göz gəzdirirsən.

Hər bir bədii əsərə rejissorun, ssenarsitin əlavələr etmək, fərqli yanaşmalarla zənginləşdirib tamaşaçıya təqdim etmək kimi səlahiyyəti var.

Hesab edirəm ki, ailə qurub evində xoşbəxt olmayan ruhən, mənən tənhalıq içərisində çırpınan kişi obrazı görə bilərdik. Amma sadəcə seks düşkünü olan tipik bir incəsənət nümayəndəsini izlədik. Burda nə fəryad edən yaradıcı insan, nə də tənhalıqda istirab çəkən kişi obrazı var. Necə ki, tamaşanın sonunda özü də bunu etiraf edir. Yaşa dolduqca ərgənliyini itirməyən və azğınlaşan bir varlıq gördük. Onu da xüsusi vurğulayım ki, ssenaristin həyat yoldaşı yaraşığı, baxımlılığı ilə mənşuqəsindən üstün idi. Adətən kişilər ya özünə baxmayan, bəzənməyən, ya ona məişət və yataqda qayğı göstərməyən, ya da deyingən arvadlarından qaçıb kənarda başqasını tapırlar. Səhnədə isə seks baş qəhramanın xanımında sadaladığım nöqsanları görmədik. Qısası Şirbalanın yontalanmamış və hazırkı dövrümüzdəki iyrənc obrazını izlədik.

Həyatı alt-üst olan madmazelin obrazını daha dramatik vermək olardı. Onun istər sevdiyinə qarşı, istərsə də mücadiləsində asan-asan təslim olmayan qadın kimi göstərilməliydi. Xüsusən də, hamilə olduğunu “sevgilisi”nə etiraf etdikdən sonra qarşı tərəfin onu aborta sövq etməsi “tolerant” qarşılabması düz deyildi. Madmazelin ifadələrində ədəbi zənginlik, sərtlik və mesajlar çox olmalıydı. Qısası sevən, aldanmış, ayaqlar altına atılmış qadının faciəsini, istirabını daha sənətkarcasına və təsirli təqdim etmək olardı. Bunu yalnız tamaşanın finalında qadının fəryadını qismən görə bildik. Yağışlı havanın dekorasiyası yaxşı təsvir olunmuşdu.

Hesab edirəm ki, səhnə əsərinin sənətkarlıq baxımından tənqidlərim kifayət edər. İndi isə İradə xanımın qadınlara, cəmiyyətimizə və xalqımıza vermək istədiyi mesaj haqqında düşüncələrimi qeyd edəcəm. Amma əvvəlcə dünyaca məşhur müğənni Dalidanın aforizmini dilə gətirim.

“Hər bir insan təbiət etibariylə yalnızdı. Hətta onun sevimli ailəsi və uşaqları olmasına baxmayaraq o, sonda tək qalır”.

“Qadınım” tamaşasına baxmadan öncə pyesin quruluşçu-rejissoru madam İradədən müsahibə götürmək nəsib oldu. Yaradıcı xanımın gözlərinə baxarkən həm iddialılıq, həm sevinc, həm də kədər gördüm. Yalan yerə deməyiblər ki, hər yaradıcı insanın içində böyük çöküş, faciə var. Bu zərif cinsin nə üçün qəm çəkdiyini sual etmədim. Zatən istənilən yaradıcı insanın faciəsini onun əsərlərindən görmək olar. Bunun üçün, fərqli pəncərələrdən müşahidə etmək və bir az analiz etmək kifayətdi.
Qadınların zəifliyindən, zərifliyindən dolayı daha çox qayğı, nəvazişə ehtiyacı duyurlar və s. bu kimi ifadələri çox eşitmişik. Əslində isə təbiət bəlkə ən böyük ikili standartını qadına qarşı tətbiq edib. Belə ki, təbiət qadını varlıqlar içərisində üstün yaradıcı obrazında yaratmaqla bərabər, həm də ona qarşı amansızdı. Görünür onu üstün obrazda yaratmasıyla, səhvlərinə görə minimum güzəştlər nəzərdə tutub. Bir çox hallarda uzunsaçlıların səhv seçimləri onu təbiət və insanlar qarşısında daha üzüqara edir. Biz nə qədər bəşərik, əməllərimizdə, davranışımızda ideal deyilik, səhvlərdən sığortalanamamışıq desək də, atdığımız yalnış addımlarımızı illərlə, bəzən bir ömür boyu daşıyır, ancaq qəbirə qoyulanda onunla vidalaşırıq. Sözüm o ki, İradə xanım bir qadın olaraq öz həmcinslərinə, naqisliklə zəngin cəmiyyətimizə və xalqımız içində günbəgün artmaqda olan insan istirabaları, ailə daxili şiddətli keçimsizlik, valideynlər tərəfindən uşaqlara yaşadılan travmalardan, ən əsası bir-birini tamamlamayan insanların evlənməsindən doğan faciələri göstərməyə çalışıb. Bir vaxtlarda Azərbaycanda ailə namus, qeyrət, xəyanətdən dolayı dağılardısa, indi sadalananlarla yanaşı demokratiyanın, liberalizmin və texnatron eranın bizə sırıdığı “rəngarənglik”, sosial-iqtisadi problemlər, ən əsası insanların bir-birini tanımadan evliliyə can atmasına görədi. Evliliyə tələskənlik maddi tələblər, seksual aclıq, nəsil artırmaq, valideynlərin (əsas da ana) diqtəsi, el qınağı, din (məzhəb) amili və digər səbəblərdən doğur. Tamaşada çoxları ssenarist “cənab”ı qınayır ki, bunun kişiliyi yoxdu, qadını aldatdı, dadına baxıb yarı yolda qoydu. Bir qisim isə qadının hislərinə sahib çıxmalı, xoş sözlərə aldanmamalı, özünü ucuz qiymətə satmamalıdı deyə qınayıcı mövqedən çıxış etdi. Hər 2 yanaşmaya haqq verirəm. Amma bunlar baş alıb gedən problemin əsas səbəbləri deyil. Başlıca problem bir çox məişət mövzularında orta əsrlərdə qalmağımız və valideynlərimizin hər şeyə müdaxilə etməsinə imkan verilməsidi. Mən demirəm ki, biz tamamilə qafqazlığımızı, şərqliyimizi, azərbaycanlı kimliyimizi itirək. Hardan gəlib, hara gedəcəyik deyə sual edərkən keçmişdə qalıb üfunət iyisi vermək də düz deyil. Nənə-babalarımız unitaz görməyib deyə, dəmir aftafayla "silahlanıb" aziatski ayaqyoluna qaçır deyə, onları təqlid etməyimiz necə gülüncdüsə, şəxsi seçimlər, izdivac, portnyorluq-sevgili münasibətlərində, ən əsası ailə həyatına qədəm qoymada da sərbəst seçim etməmək, arxaiq ayaqyolu ənənəmizdə əcdadlarımızı yamsılamaq kimidi. Ay valideynlər, övladlarınızın bədbəxt olmasını istəmirsinizsə, imkan verin gələcək həyat yoldaşını özü seçsin. Ey kişilər, seksual aclığınızda dolayı farağat dura bilməyəcəksinizsə, isti yuva arzusunda olan qadını özünüzə arvad edib cəmiyyətə travmalı övladlar gətizdirməyin. Gedin özünüz kimi seksdən doymayan uzunsaçlılarla “ittifaq” edin. Ey qadınlar, bir kişidən arzuladığınız qayğı, diqqət, dəyəri tapmadıqca evlilik barədə düşünməyin. Unutmayın ki, dünyada seks yaşamaq, əyləncəli günlər keçirmək, övlad sahibi olmaq üçün ailə qurulmamalıdı. Bunu nikah şəhadətnaməsi və ya kəbin kağızı olmadan da rahat və gözəl həyata keçirmək olar. Ailə qurumu tamam başqa səviyyədi. Hər şalvar geyinən, hər uzunsaçlı bu səviyyə üçün yetişməyib.

“Qadınım” tamaşasına 2 prizmadan baxış

Bir məsələni də xüsusi vurğulayım ki, birdən artıq arvad saxlamaq hər kişinin başı üçün deyil. Buna dini don geyindirmək absurd, maddi zənginliyi vacibliyini vurğulamaq isə gülüncdü. Çünki, hələ yer üzündə səmavi dinlər mövcud olmadığı, insanların var-dövləti olmadığı zamanlarda da poliqamiya (çoxarvadlılıq) vardı. Əksər dövrlərdə bu zərurət idi. Çünki eramızdan əvvəlki dövrü və orta əsrlərdəki insanların orta ömrünü, müharibələri, vaksinlərin olmamasını və digər bu kimi məsələlərdən dolayı insanların (əsas da kişilərin) orta yaş həddi 30-35 keçmirdi. Məhz buna görə də kişinin bir neçə arvadı olması təbii hal idi. Hətta 2-ci dünya müharibəsindən sonra Almaniyada qeyri-rəsmi olaraq kənarda arvad saxlanılmasına icazə verildi. Rusiya-Çeçen savaşlarından sonra isə çeçenlər arasında poliqam nikahlar populyarlaşdı. Xülasə, 44 günlük müharibədə itkimiz 3 min yox, yüz minlərlə, milyonlarla olsaydı, qeyri-rəsmi şəkildə Azərbaycanda da çoxaravadlılığa icazə veriləcəkdi. Mən çoxarvadlılığı təbliğ eytmirəm. Sadəcə poliqamiya yeri gələndə dövlətin əsas siyasətinə, millətin isə digər xalqlar arasında əriyib, itməməsi üçün həyati əhəmiyyətli vasitə olduğunu vurğulamaq istəyirəm.
Bu gün cəmiyyətimizdə ən böyük əxlaqsızlığın, pozğunluğun başlıca səbəbi əksər insanların hər şeyə maddiyyat gözüylə baxmasıdı. Ailə başçısı kişinin əsas missiyası evə pul gətirməklə ölçüldüyü, qadının da başlıca arzusu zənginlik içində yaşamaq olacaqsa, həmin cəmiyyətdə xəyanətlər (hər iki tərəf) “çiçəklənəcək”, qıraqda arvad saxlamaq, “xanım”ların kənarda saysız seks portnyorları və digər bu kimi xoşagəlməz hallar adiləşəcək.
Bir qız və ya subaylığın daşını atmayan xanım hansısa evil kişini, məşhur simanı sevə qarşı tərəfə də özünü sevdirə bilər. Bu zaman nəzərə alın ki, dəlicəsinə sevdiyiniz və sizdən xoşlanan kişinin arvadı, uşaqları var. Bunu qəbul edir və 2-ci həyat yoldaşı, kənarda saxladığı qadın, (nə qədər bu ifadəni sevməsəm də), məşuqə, seks portnyoru statuslarını qəbul edirsinizsə çox gözəl. Yox, əgər qeyd etdiklərimi bilə-bilə bu yaşam tərzini seçib də “O, məni həftədə 1 dəfə, özü də dörd divar arasında görür. Sonrada istifadə olunmuş salfetka kimi evimin qabağına atır” (tamaşada qadının ifadəsi) deyə fəryad edirsinizsə, inciməyin öz günahınızdı. Necə deyərlər özü yıxılan ağlamaz. “Qadınım” tamaşasında həyat yoldaşı olmaq eşqiylə alışıb yanan, əvəzində isə bir neçə seks seanslıq məşuqə olmaq nəsibi yaşayan madmazel çox gec oyanır. “Bitər bu bərabərlik” kəlməsini tez-tez təkrarlayıb, ssenarist “cənab”a gecikmiş şapalaq vurmaq artıq aşağılanma bataqlığında boğulmaqdı. Odur ki, boğulmamaq üçün özünüzə şapalaq vurub ayılsaz və tez-tez məşhur kəlməni təkrarlamaqdansa, qəti qərara gəlib addım atmaq lazımdı. Unutmayın ki, ziyanın yarısından da qayıtmaq xeyirlidi.

Yadda saxlayın!
Yanlış izdivac, yanlış evlilikdən daha yaxşdı. Odur ki, yuxarıda qeyd etdiyim səbəblərə görə evlənib sonra faciələr burulğanına düşməyin.

“Qadınım” tamaşasının afişasında qeyd olunmuşdu: Xoşbəxt sevgi hekayəsi, yoxsa növbəti fəlakət?

İradə xanımın səhnə əsərində xoşbəxtlik axtaran, sevgi hekayəsi yazmaq istəyən birinin fəlakətini gördüm.

“Qadınım” tamaşasına 2 prizmadan baxış


ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.22113490104675