Ağırlıqqaldıranlarımız Avropa çempionatında çıxışlara start veriblər
12-20 fevral 2024-cü il tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı ilk 3 yarış günü arxada qalıb.
43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak etdiyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.
Artıq 3 atletimiz körpücük üzərinə qalxıb. Nazilə İsmayılova 45 kq çəki dərəcəsində 11-ci olub. Tehran Məmmədov və İsa Rüstəmov isə 67 kq çəki dərəcəsində qüvvələrini sınayıblar. Tehran bu çəkidə 12-ci, İsa isə 5-ci olub.
Bu gün Bakı vaxtı ilə saat 14:00-da Ömər Cavadov yarışa çıxacaq. O, 73 kq çəki dərəcəsinin B qrupunda mübarizə aparacaq.
Digər atletlərimizin çıxış cədvəli aşağıdakı kimidir:
16 fevral. Saat 16:00. Ravin Alməmmədov və Füqan Əliyev. 81 kq. B qrupu
17 fevral. Saat 14:00. Nurlan Məmmədzadə. 89 kq. B qrupu.
18 fevral. Saat 16:00. Əli Şükürlü. 102 kq. B qrupu.
19 fevral. Saat 19:00. Dadaş Dadaşbəyli. 109 kq. A qrupu.
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...