Prezident növbəti yeddi ilin əsas məsələlərini müəyyənləşdirdi

16:21 16-02-2024 | icon 1459
Prezident növbəti yeddi ilin əsas məsələlərini müəyyənləşdirdi

Prezident növbəti yeddi ilin əsas məsələlərini müəyyənləşdirdi

      İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir. Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə seçiləndə xalqı əmin etmişdir ki, qarşıda duran bütün vəzifələri icra edəcəkdir. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. Güclü iqtisadiyyat, güclü ordu, xalq-iqtidar birliyi, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə daha da artması Azərbaycanın müstəqil xarici siyasət yürütməsini şərtləndirir.

        Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.

       Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də keçirilmiş andiçmə mərasimində özünün ötən 20 illik prezidentlik dövrünü uğurlar və qalibiyyətlər dövrü kimi səciyyələndirdi. Cənab Prezident Azərbaycanın 20 ildə əldə etdiyi bütün uğurları xatırlatdı. İqtisadiyyatımızın inkişafından tutmuş, torpaqlarımızın azad olunması və digər məsələlər barəsində çox konkret faktlar əsasında fikirlər söylədi.

         Doğrudan da əgər biz Prezident İlham Əliyevin fəaliyyəti dövrünə baxsaq, görəcəyik ki, hər bir addım özündən sonrakı mühüm strateji vəzifələri icra etmək üçün atılıb. Nəticədə bizim 2016-cı ildə və ondan sonrakı mərhələlərdə əldə etdiyimiz qalibiyyətlər bir-birini tamamlamayır. Azərbaycan xalqının 100 illik arzusu reallaşıb, “Dağlıq Qarabağ” adlı problem ölkəmizin tarixindən silinib. Ona görə də, Azərbaycan Prezidenti qeyd etdi ki, onun Xankəndidə səs verərkən qutuya atdığı bülleten sadəcə bülleten deyildi, “erməni separatizminin tabutuna vurulan sonuncu mismar idi”.

       Yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Yəni Azərbaycan Prezidenti növbəti yeddi ilin əsas tezisi kimi üç məsələni müəyyənləşdirdi: güclü iqtisadiyyat, güclü ordu və güclü xarici siyasət. İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun tamamilə yeni inkişafından danışdı. Düşünürəm ki, müasir texnologiyaların tətbiqi ilə Azərbaycanda iqtisadi münasibətlərin və onların gətirəcəyi rifahın növbəti yeddi ildə prioritet olması gerçəkliyə çevriləcək”.

        Prezident qeyd edib ki yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var. Bu gün keçmişə baxdıqda hər kəs görür ki, bir dənə də olsun addımımız situativ xarakter, avantüra xarakteri daşımırdı və mənasız deyildi. Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik ki, bu ümidlər çin olsun. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub.

 

Əmrah Quliyev,

Cəlilabad rayon, Üçtəpə bələdiyyəsinin sədri


Digər xəbərlər

0.3061318397522