AMADA-nın təşkilatçılığı ilə beynəlxalq elmi-praktik konfrans keçiriləcək
Fevralın 21-23-də Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
AMADA-nın mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimi fevralın 21-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) akt zalında təşkil olunacaq.
Gənclər və İdman Nazirliyinin dəstəyi, AMADA və ASAPES-in birgə təşkilatçılığı ilə Yay Olimpiya Oyunları ərəfəsində baş tutacaq konfransda Avropanın aparıcı milli antidopinq agentliklərinin rəhbər və əməkdaşları, nüfuzlu ali təhsil ocaqlarının professorları və yerli idman ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
Müxtəlif sessiyalar üzrə davam edəcək konfransda təmiz idmanın təkmilləşdirilməsi, müxtəlif yanaşmalar, Ümumdünya Antidopinq Agentliyinin (WADA) təlimatları çərçivəsində idmançıların tənəffüs sistemi sağlamlığının idarə edilməsi, bağırsaq sağlamlığı və idman performansı mövzusunda müzakirələr aparılacaq. Konfransda idmançıların köməkçi heyətinin iştirakı nəzərdə tutulub.
Fevralın 23-də konfrans işini Qubada davam etdirəcək. Beynəlxalq səviyyəli idmançıların iştirak edəcəyi tədbirin sessiyalarında təmiz idman mədəniyyətinin inkişafı, qadın idmançılar arasında dopinq probleminə baxış və yerli idmançıların beynəlxalq antidopinq sahəsində maarifləndirilməsi müzakirə mövzuları sırasında yer alacaq.
Həmçinin fevralın 22-də Qubada qonaqlar üçün mədəni proqram təşkil olunacaq.
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...