Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşəbbüsü ilə “ÜDX-nin aktual problemləri və müalicəsinə dair müasir tövsiyələr” mövzusunda elmi-praktik konfrans keçirilib
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşəbbüsü ilə 16 fevral 2024-cü il tarixində “ÜDX-nin aktual problemləri və müalicəsinə dair müasir tövsiyələr” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbir ETKİ-nun direktoru, prof. Gülnaz Dadaşovanın sədriliyi ilə keçirilib.
Konfransda prof. Gülnaz Dadaşova “Arterial hipertenziyanın üçlü birləşmə ilə (perindopril/amlodipin/indapamid) müalicəsinin üstünlükləri”, REA akademiki, FESC Ürək Çatışmazlığı Cəmiyyətinin prezidenti Yuriy Belenkov “Birbaşa oral antikoaqulyantlarım istifadəsi üçün strategiya və taktikaların seçilməsi üçün müasir prinsiplər”, t.e.d. Azad Hacıyev “İkili kombinasiya ilə (rozuvastatin və ezetimib) hiperlipidemiyanın müalicəsinə müasir yanaşma” və t.ü.f.d. Firuz İbrahimov “Hipertenziyada ARB ilə fərqli terapevtik seçimlər. Valsartanın böyrəklərə və metabolik təsirləri” mövzularında çıxış ediblər.
Konfrans Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 3 DTT (CME) kredit balları ilə qiymətləndirilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Tədbir “KRKA” farmasevtik şirkətinin dəstəyi ilə keçirilib.
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...