SOCAR əməkdaşları dövlət qurumları arasında keçirilən bilyard yarışının qalibi olublar - FOTOLAR

22:12 18-02-2024 | icon 1087
SOCAR əməkdaşları dövlət qurumları arasında keçirilən bilyard yarışının qalibi olublar - FOTOLAR
Bu gün dövlət qurumlarının əməkdaşları arasında keçirilən bilyard yarışına yekun vurulub.
 
Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyasının birgə təşkilatçılığı ilə kişilər və qadınlar arasında keçirilən, iki gün davam edən yarışda 28 dövlət qurumundan 60 əməkdaş (4 qadın, 56 kişi) iştirak edib.
Yekun nəticələrə görə kişilər arasında Ramil Musayev və Toğrul Mahmudov (hər ikisi SOCAR) birinci olublar. Elvin Şirinov və Natiq Orucov (hər ikisi Dövlət Gömrük Komitəsi) yarışı ikinci, İlham Həsənov, Fərid İsrafilov (hər ikisi Azərbaycan Respublikasının Milli Məclisi), Kamil Əsgərov, Kamil Həsənov (hər ikisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) üçüncü pillədə başa vurublar.
 
Xatırladaq ki, dünən başa çatan qadınların mübarizəsində isə Fatimə Quliyeva (SOCAR) birinci, Qumru Məmmədova (Gənclər və İdman Nazirliyi) ikinci, Nailə Xanlarova (Gənclər və İdman Nazirliyi) və İlahə Hacıyeva (SOCAR) isə üçüncü olublar.
 
 

Digər xəbərlər

0.25961494445801