Adil Əliyevdən nümunəvi addım
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev ötən gün Milli Məclisə deputat seçildiyi Nərimanov rayonu 20 saylı II seçki dairəsinin ərazisində seçicilərlə görüşüb.
Səyyar qəbul zamanı rayonun I, II Şimal Şitilliyi və IV Aşırım (keçmiş Xutor qəsəbəsi) ərazisində gənclərlə, seçicilərlə görüşərək söhbət edən sədr müavini vətəndaşları maraqlandıran mövzular ətrafında geniş müzakirələr aparıb.
Vitse-spiker Adil Əliyev çıxışında görüşün əsas məqsədinin də məhz uşaqların tərbiyəsi, gənclərin zərərli vərdişlərdən uzaq durması, təhsilə və idmana həvəsləndirmək kimi mühüm məsələləri əhatə etməsini qeyd edərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev fevral ayının 14-də Milli Məclisdə andiçmə zamanı gənclərin vətənpərvər ruhda tərbiyəsi məsələsinin vacibliyini qeyd edərək, dövlət başçısının proqram xarakterli çıxışındakı xüsusatlara toxunub.
Görüş zamanı 200-dən artıq uşaqlara, yeniyetmələr və gənclərə idman geyimləri və başqa ləvazimatlar təqdim edilib.
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...