Xocalıda böyük abadlıq işlərinə start verilib

17:25 28-02-2024 | icon 1073
Xocalıda böyük abadlıq işlərinə start verilib

Xocalı sakinləri ilə cari il fevralın 26-da keçirilmiş görüşdə Prezident
İlham Əliyev fevralın dedi ki, siz xocalılılar bütün Azərbaycan xalqı kimi
qələbələrimizə sevinmişlər. Onların ürəyində müəyyən fikirlər var idi ki, bəs
Xocalı nə olacaq, bəs Xankəndi nə olacaq? Mən bunu bilirdim, ancaq sizə
deyə bilmirdim ki, nə olacaq. Halbuki bilirdilər, hər şey ədalətli olacaq. Biz
Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu
hesab edə bilməzdik. Yəni, biz bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaq
üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik.
Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir.
Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Halbuki
Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni
ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan
məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq
edilməsin və onlar cəzasız qalsın.
Prezident qeyd edib ki, Xocalının Azərbaycan xalqının tarixində və
şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar
salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Beş ay əvvəl antiterror
əməliyyatı nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər -
hansılar ki, işğal altında idi və separatçılar orada at oynadırdılar, - azad edildi.
2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Biz
Xocalıda böyük abadlıq işlərinə də start vermişik.
Azərbaycanda yüzdən çox köçkün qəsəbəsi salınmışdır. Birinci köçkün
qəsəbəsi Ulu Öndər Heydər Əliyevin iştirakı ilə məhz xocalılılar üçün Ağcakənd
qəsəbəsində salınmışdır. Çadır şəhərciklərin sonuncusu 2007-ci ildə ləğv
edildi İndi isə köçkün anlayışı artıq tamamilə silinib. Biz bütün torpaqlarda
Azərbaycan Bayrağını qaldırmışıq və ərazi bütövlüyümüzü bərpa etmişik.
Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar.
Quruculuq işləri geniş vüsət alıb. Bu il yeni yaşayış məntəqələrinin sayı 20-yə
çatacaq. Cari ildə həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək,
o cümlədən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək.
Sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal
göstəriş verildi ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin. Çünki
mənfur düşmən qanlı soyqırımı törətmişdir, xocalılıları öz doğma torpağından
didərgin salmışdır. Xocalının tarixi adını dəyişdirməyə cəhdlər olmuşdur.
Azərbaycanlıların evlərinə isə separatçılar və xarici ölkələrdən olan insanlar
yerləşdirmişdi.

Arif Nəcəfov,
Cəlilabad rayon Statistika İdarəsinin rəisi


Digər xəbərlər

0.27404999732971