“CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də
“28 Mall” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında Warner Bros. studiyasının “Dune 2” epik elmi-fantastik filminin premyeradan öncə nümayişi keçirilib.
Nümayişə şou-biznes ulduzları, tanınmış jurnalistlər, blogerlər və iri təşkilatların sahibkarları dəvət olunub.
Tədbirin təşkilində“7 Gül” gül butiki, “MADO” restoranı, ənənəvi Yapon-Asiya desertləri “Mochiki”, foto və video “Light in Black” kreativ şirkəti, işıq effektləri “ProEvents”, qum şousu “Show Production” – Aydın Rəhimov, “Hillside” premium çaxırları və Red Bull dəstək göstəriblər.
Axşam Cənubi Koreyanın CJ 4DPLEX şirkəti tərəfindən hazırlanmış unikal ScreenX formatlı filmlə başa çatıb.
ScreenX - 270 dərəcə baxış bucağına malik, filmdən həzz almağa imkan verən tamamilə yeni innovativ texnologiyadır. Kinoteatrın zalında üç proyektor və iki əlavə yan ekran var. Filmin əsas səhnələri mərkəz ekranda nümayiş etdirilir, yan səhnələr isə kadr kompozisiyasını artırır. Bu genişlənmiş məkan tamaşaçıda fərqli hisslər yaratmaqla yanaşı, filmi yaşamağa imkan verir.
Süjet Frenk Qerbertin eyniadlı romanı əsasında qurulub. Rejissor Deni Vilnyovdur. “Dune 2” 2021-ci il filminin davamıdır.
İkinci filmdə demək olar ki, bütün əsas personajlar öz rollarına qayıdacaqlar və süjetin inkişafı üçün çox vacib olan yeni simalar da peyda olacaqlar.
Rollarda: Timoti Şalame, Rebekka Ferqyuson, Zendeya, Deyv Batista, Ostin Batler, Florens Pyu, Leya Seydu, Kristofer Uoken və başqaları.
Film haqqında qısaca: Pol Atreydes frimen xalqı ilə birləşərək, padişah-İmperator və Korrino Evinin başçısı Şaddama qarşı üsyana rəhbərlik edəcək. Beləliklə, baş qəhrəman ailəsinin ölümünə görə qisas almaq istəyir.
Fevralın 29-dan etibarən “CineMastercard” kinoteatrlar şəbəkəsində ən çox gözlənilən filmlərdən biri 3 dildə: rus, ingilis və türk dillərində nümayiş etdirilir. Həmçinin, “Dune 2” filmini ən son 4DX və ScreenX texnologiyaları ilə “CineMastercard” kinoteatrlarında izləmək olar.
-
Musiqili Teatrda qəribə yubiley tamaşası – “Qorxma, biz səninləyik!”
...
-
“Qadınlar yaşlandıqca daha seksual olurlar” - Fotolar
...
-
Ozan Akbaba bu serialda azərbaycanlı iş adamını oynayacaq
...
-
İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu
...
-
Əbülfəs Qarayev xanımı ilə tamaşada - Foto
...
-
DTX-də Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib - Fotolar
...
-
Bu gün Şuşada “Yasəmən” açılacaq - Fotolar
...
-
Bakıda Zəfər Günü münasibəti ilə konsert proqramı və atəşfəşanlıq olacaq
...
-
Musiqili Teatrda Zəfər Gününə həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq
...
-
İki qardaş ölkənin teatrları arasında memorandum imzalanıb
...