Abbas Hüseynov: " "Bayer"ə təslim olmaq fikrimiz yoxdur"
Bu gün "Qarabağ" Avropa Liqasının 1/8 final mərhələsində "Bayer"lə ağır oyuna çıxacaq. Həm bu görüş, həm də çempionatın gedişatıyla bağlı "köhlən atlar"ın müdafiəçisi Abbas Hüseynovun fikirlərini öyrəndik.
- Son turda səfərdə "Neftçi"ni darmadağın etməklə böyük ölçüdə çempionluğu rəsmləşdirdiz. "Ağ-qaralar"la oyundakı zəfər "Bayer"la görüş üçün əlavə motivasiya olacaqmı?
- Bəli, "Neftçi" ilə derbidə layiqli qələbə qazandıq. Amma bunda təsirlənib, boşalmağa imkan verməməliyik. Qarşıda hələ 11 tur var. Təbii ki, "Bayer"lə matç ərəfəsində bu qələbəyə ehtiyac vardı.
- 1 ilə yaxın idi meydandan kənar qalmışdın. Amma son oyunlarda baş məşqçi sənə şans verir. Əvvəlki formanı bərpa edə bilmisənmi?
- Bildiyiniz kimi ağır zədə aldım. Adətən belə travmaya görə futbolçular karyeralarını erkən də bitirə bilir. Amma şükürlər olsun ki, xeyli vaxt keçsə də, sonda sağaldım. Bundan başqa Qurban müəllimə də dərin minnətdarlığımı bildirirəm ki, sıradan çıxmağıma rəğmən mənə güvənib komandasında saxladı və bu gün də şans verir. Formama gəlincə, bacardıqca üzərimdə çalışıram ki, tam hazır vəziyyətə gəlim və 90 dəqiqə oynayım.
- "Bayer"lə çətin sınaq gəlir. Bu qarşıdurmada nəyə ümid edirsən?
- Bizi "Braqa"dan daha çətin rəqib və ağır oyun gözləyir. Amma təslim olmaq fikirimiz yoxdu. Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışcağıq ki, uğurumuzun ardı gəlsin, almanların isə uğursuzluğun başlanğıcı olsun. Ən azı dolu tribunalar qarşısında mübariz oyunumuzla azarkeşləri sevindirəcəyik.
- Qarşıda AFFA-ya seçkilər gəlir, həmçinin yığmanın baş məşqçisinin kimliyinə də böyük ölçüdə aydınlıq gələcək. Bu barədə nə deyərdin?
- Mən futbolçuyam, işim futbol oynamaqdı. Ona görə də AFFA-kı seçkilər barədə danışmağım düzgün deyil. Millimizə rəhbərliyə gəlincə, bizi uğura aparacaq təcrübəli mütəxəssisin olması yaxşı olardı.
- Yəni, sənə görə Azərbaycan seçməsinin sükanı arxasında yerli və əcnəbi baş məşqçinin olması önəm kəsb etmir?
- Təbii ki, bir azərbaycanlı kimi istərdim ki, ölkənin əsas komandasına yerli məşqçilərimiz rəhbərlik etsin. Amma bu mənim istəyimlə bitmir. Əcnəbi mütəxəssisin olmasına da etiraz etmirəm. Təki bizi uğura daşısın.
ABDULLA İSMAYILOĞLU
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...
-
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” start götürür - Video
...
-
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
...
-
Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
...