Kənan Məstəliyev: "Avropada bizim ən yaxşı 8 komanda arasında olmağımızı istəmədilər"

14:43 15-03-2024 | icon 363
Kənan Məstəliyev:

Dünən "Qarabağ" Almaniyada "Bayer"ə qarşı diş göstərib döyüşsə də, sonda meydan sahibləri geridönüş edərək 3:2 hesablı qələbə qazandı. Oyunla bağlı jurnalist həmkarımızız Kənan Məstəliyev Azeripress.az saytına açıqlamasında bunları deyib:

"İlk cümlədən “Qarabağ”a təşəkkür edirəm. Bizə “Bayer” əlimizdən çıxdı” cümləsini deyib təəssüf hissi keçirəcəyimiz hisslər yaşatdı. Alman nəhəngini hər iki oyunda 90 dəqiqədə məğlub elədik. Amma futbol artıq 90 dəqiqə də deyil. Əlavə iki dəqiqə, üç dəqiqə, hətta bir dəqiqə belə əhəmiyyət daşıyır. Sona qədər oynamalıyıq. Buna isə güc lazımdı. Futbol baxımından hər iki matçda rəqibindən yaxşı oynadı, üstələdi, bacarığını ortaya qoydu “Qarabağ”. Azərbaycan futbolunda “bişərək” bundan artıq yeməyi ortaya qoymaq da mümkün deyildi. Bu maksimumdan da yuxarı maksimumdu.
Hakimliyə gəlincə, dünən çox “incə” işlərlə qarşımızı aldılar. Xüsusilə də Elvin Cəfərquliyevin epizodunda qırmızı vərəqə absurd idi və yalnız VAR-ın müdaxiləsindən sonra bu qərar verildi. Futbolçumuz rəqibin maykasından tutmuşdu, amma saxlamadı, buraxdı. Çox da uzaq olmayan məsafədə Bəhlul vardı, çata bilərdi. Frimponq da düz qapıya getmirdi, Elvin ona cərimə edəndə hələ istiqamətini çərçivəyə doğru dəyişməmişdi. Ona görə də sarı vərəqə ilə kifayətlənmək olardı, amma etmədilər. VAR hər epizoda müdaxilə etdi, bizi təzyiq altında saxladı, istəyinə də nail oldu. Son saniyələrdə oyunu bitirmədiyinə görə də, Elvinin epizoduna görə də, son dəqiqədə Bəhlulun epizoduna görə də, digər epizodlara görə də hakimliyə irad bildirməyə tam haqqımız çatır. Avropada bizim ən yaxşı 8 komanda arasında olmağımızı istəmədilər, nəticəsi də ortadadı.
“Qarabağ”ı bir daha təbrik və təşəkkür edirəm. Bu mövsüm bizə möhtəşəm anlar yaşatdılar. Ümid edirəm ki, gələn mövsümdə də eyni həyəcanı bizə hiss etdirəcək, sevindirəcəklər".

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.26585006713867