“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub

16:51 18-03-2024 | icon 1225
“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub

Martın 18-də Əmək və Sosial Münasibətlər Akademiyasında Fövqəladə Hallar
Nazirliyi İşçiləri Həmkarlar İttifaqı FHNİHİ tərəfindən hazırlanmış “İnformasiya
müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın
təqdimatı keçirilib.
Tədbirdə FHNİHİ-nin sədri Mehman İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası (AHİK) sədrinin müavinləri, AHİK-ə üzv olan bir qrup sahə
həmkarlar ittifaqlarının rəhbərləri, həmçinin Əmək və Sosial Münasibətlər
Akademiyasının müəllim və tələbə heyəti iştirak ediblər.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni
səslənib.
Giriş sözü ilə çıxış edən AHİK-in sədr müavini Aqil Dadaşov kitabın əhəmiyyətindən
söz açıb və oxucuların marağına səbəb olacağını bildirib.
FHNİHİ-nin sədri Mehman İsmayılov isə kitabın hazırlanması zərurətindən danışıb,
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsi
dövründə informasiya məkanında gedən müharibədə böyük əzmlə, dəyanətlə
mübarizə apardığın, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırdığını vurğulayıb.
Onun sözlərinə görə, Vətən müharibəsi dövründə Orduya və xalqa verilən mənəvi rüh
yüksəkliyinin arxasında cənab Ali Baş Komandanın çıxışları dururdu: “Müzəffər Ali
Baş Komandan cənab İlham Əliyev 44 günlük Vətən Müharibəsi dövründə dünyanın
11 aparıcı ölkəsinin 26 KİV-nə müsahibə verərək Ermənistanın qanunsuz
silahlandırılmasını, Ermənistanda və işğal olunmuş ərazilərdə beynəlxalq terrorizm
ocaqlarının fəaliyyət göstərdiyini, Azərbaycanın tarixi irsinə aid olan mədəni
abidələrin erməni barbarlığı nəticəsində məhv edildiyini, hüquqi baxımdan
Azərbaycana məxsus olan işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırmanı,
münaqişənin sülh yolu ilə həllinə məsul olan Qərb ölkələrinin ikili yanaşmasını,

xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin ədalətsiz və qeyri-adekvat
mövqelərini ifşaedici dəlillərlə sübut edərək informasiya müharibəsində də
Azərbaycanın qalib gəlməsini reallaşdırdı”.
Tədbirdə AHİK-in sədri müavini Musa Mirzəyev, Akademiyanın rektoru Hüseyn
Qaraşov, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri Cahangir Əliyev
və Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədr
müavini Təhmasib Əliyev çıxışlar edərək kitabın ictimaiyyət tərəfindən maraqla
qarşılanacağını bildirib və dövlətimizin başçısı cənab İlham Əliyevin çoxşaxəli
fəaliyyətindən bəhs ediblər.
Çıxışlardan sonra FHNİHİ tərəfindən hazırlanmış “İnformasiya müharibəsində
qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı film iştirakçılara
nümayiş olunub.
Məlumat üçün qeyd edək ki, FHNİHİ-nin sədri Mehman İsmayılov tərəfindən 44
günlük Vətən Müharibəsi dövründə cənab Ali Baş Komandan İlham Əliyevin
dünyanın aparıcı informasiya vasitələrinə verdiyi müsahibələri özündə əks etdirən
“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyev” adlı kitab üç dildə - azərbaycan, rus, ingilis dillərində hazırlanmış və
Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının maliyyə vəsaiti hesabına çap
olunub.
Həmçinin bu kitabla yanaşı, müsahibələrin video görüntülü səsləndirmə versiyası,
azərbaycan, rus, ingilis dillərində elektron yaddaş daşıyıcısı (flash card), “İnformasiya
müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı film və
virtual aləmdə geniş oxucu kütləsini bu məlumatlarla daha yaxından əlaqələndirmək
məqsədilə müsahibələrin azərbaycan, rus, ingilis dillərində video görüntülü
səsləndirməsini və mətnləri özündə əks etdirən sayt da (www.informvictory.az,
www.informvictory.az/ru/, www.informvictory.az/en/) hazırlanıb.
Kitabda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyevin 44 günlük Vətən Müharibəsi dövründə ölkəmizin haqq işini dünya ictimaiyyətinə çatdırmaq, erməni qəsbkarlığını və vandalizmini bir daha dəlillərlə ifşa edərək dünyaya göstərmək, xüsusən müharibə dövründə cəbhədəki hərbi əməliyyatlarla paralel olaraq gedən informasiya müharibəsində də qalib gəlmək
məqsədilə dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr
toplanmışdır.
Kitab siyasətçilər, dövlət məmurları, diplomatik nümayəndəliklərin əməkdaşları,
həmçinin Azərbaycanı sevən hər bir vətənpərvərin oxuması üçün nəzərdə tutulub.


Digər xəbərlər

0.34402585029602