Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
Martın 22-si Beynəlxalq Taksi Sürücüləri Günü qeyd olunur.
“Maxim” taksi xidməti bu bayram münasibəti ilə sürücülərin hansı markalara üstünlük verdiyini analiz edib və ən populyar maşınların reytinqini tərtib edib.
Bayramın tarixi 1907-ci il martın 22-nə təsadüf edir. Belə ki, məhz həmin gün Böyük Britaniyada yola taksometr quraşdırılmış ilk maşın çıxıb. Elə bu səbəbdən də həmin tarix taksi sürücüsü işinin başlanğıcı kimi qeyd olunub. İndi taksometrin bütün zəruri funksiyalarını mobil tətbiqdə tapa bilərsiniz. Müştərini isə, demək olar ki, istənilən avtomobildə təyinat yerinə çatdırmaq olar. Gəlin Azərbaycanda hansı avtomobilin daha populyar olduğunu nəzərdən keçirək.
Azərbaycanda fəaliyyət göstərən sürücülər kompakt avtomobillərə üstünlük verirlər. Odur ki, liderlik zirvəsinə Opel Astra və Toyota Prius yüksəlib. “Maxim” sifariş xidmətindən faydalanan sürücülər arasında həmin maşınların payı, demək olar ki, bərabərdir – rəqəmlər müvafiq olaraq 12,6% və 12,3%-dir.
Taksi sürücülərinin ən sevimli avtomobillərinin arasında üç Premium sedan var: Mercedes C-class, Mercedes E-class və Mercedes-Benz 220. Azərbaycanda “Maxim” sifariş xidmətindən faydalanan sürücülərin 10%-i lüks avtomobilə üstünlük verir.
Populyar avtomobillərin tam reytinqi bu cürdür:
Opel Astra – 13%
Toyota Prius – 12%
Mercedes C-class – 5%
KIA Rio – 4%
Mercedes E-class – 3%
Toyota Corolla – 3%
KIA Ceed – 2%
Mercedes-Benz 220 – 2%
Chevrolet Cruze – 2%
İş üçün etibarlı avtomobil seçmək lazımdır. Sürücülər yüksək manevr imkanı və əlverişli yanacaq sərfiyyatı olan, sınaqdan keçmiş modellər axtarırlar. Reytinqin liderləri isə bahalı hissələrə və texniki xidmətə ehtiyacı olmayan orta səviyyəli avtomobillərdir. Bizim reytinqdən sınaqdan keçmiş və manevr imkanına malik avtomobillər seçmək üçün faydalanmaq olar.
Xidmətin sürücüləri daşınmadan savayı, mühərriki işə salmağa və avtomobili yedəkləməyə, həmçinin ərzaq almağa və çatdırmağa kömək edirlər. Martın 22-si taksi sifariş etsəniz, sürücünü peşə bayramı münasibətilə təbrik etməyi unutmayın.
-
“Azeri Light” bu gün neçəyə satılır?
...
-
“Yelo Bank” mikrosahibkarlar üçün bahar kampaniyasını başladır
...
-
“Nar”ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
...
-
Yelo kart ilə daha çox cashback qazanmağa hazır ol!
...
-
Rövşən Nəcəfə yeni müşaviri təyin edildi
...
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...