Millimiz Bolqarıstana qarşı

13:46 25-03-2024 | icon 1143
Millimiz Bolqarıstana qarşı

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti sınağına çıxacaq.

Millimiz Bakıda “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Bolqarıstan yığmasıyla üz-üzə gələcək.

Müvəqqəti baş məşqçi Arif Əsədovun rəhbərlik etdiyi yığmamız bir neçə gün öncə Monqolustana 1:0 hesabıyla qalib gəlmişdisə, bolqarlar da Bakıda Tanzaniyanı eyni hesabla üstələmişdilər. İndi bu komandalar növbəti qələbə üçün mübarizə aparacaqlar. “Tofiq Bəhramov”da baş tutacaq oyunu estoniyalı hakimlər idarə edəcəklər.

Günün digər oyununda isə Tanzaniya və Monqolustan yığmaları üz-üzə gələcəkər.

“FIFA series – Edition 2024”
25 mart

Azərbaycan – Bolqarıstan
Baş hakim: Kristo Tohver (Estoniya).
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00.


Digər xəbərlər

0.39142513275146