Yığmamız Dünya Kubokunda iştirak edəcək

14:48 27-03-2024 | icon 1084
Yığmamız Dünya Kubokunda iştirak edəcək

Martın 31-dən aprelin 11-dək Tailandın Phuket şəhərində ağırlıqqaldırma üzrə Dünya Kuboku keçiriləcək.

Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 466 (235+231) atlet iştirak edəcək. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılacaqlar.

Heyət aşağıdakı kimidir: 

Qadın: Nazilə İsmayılova (45 kq);

Kişilər: İsa Rüstəmov, Ömər Cavadov (hər ikisi - 73 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq).


Digər xəbərlər

0.25825905799866