Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
“Aprelin 5-də baş tutacaq Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransı,
təbii ki, regionun gələcəyi üçün yaxşı heç nə vəd etmir, uzun müddətdir davam
edən ikili standartların, qərəzli yanaşmaların bilavasitə davamıdır. Ümumiyyətlə,
bütün proseslərin sülhə doğru istiqamət aldığı bir məqamda Aİ və ABŞ-nin xoş
olmayan belə bir məramı, sözsüz ki, başa düşülən deyil. Əslində onlar nümayiş
etdirdikləri belə tərzlərlə regionda sülh prosesini əngələyirlər”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
“Əgər istər Avropa İttifaqının, istərsə də ABŞ-nin bu məsələdə niyyəti təmizdirsə,
daha yaxşı olar ki, ilk dəfə Azərbaycanın ortaya atdığı ədalətli sülh prosesini
dəstəkləsinlər, eləcə də Ermənistanı buna sövq etsinlər. Amma, təəssüflər olsun ki,
belə pozucu, bölücü addımlar yalnız gərginliyə səbəb olur, münasibətlərin
normallaşmasına maneə törədir. Həm də 30 il davam etmiş münaqişə dövründə
əsasən susqunluğu ilə yadda qalan, hər şeyi Minski qrupunun üzərinə atan
dövlətlərin və təşkilatların bu gün əl-ayağa düşməsi də maraq doğurur. Əgər bu
məsələdən bugünkü qədər narahatlıq keçirirdinizsə, bəs niyə 30 il ərzində əlinizdə
hər cür imkan, eləcə də BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı
qüvvələrinin Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz
çıxarılmasını tələb edən 4 qətnaməsi ola-ola bir iş görmədiniz. Sizin bu işdə
nə qədər “ədalətli” olduğunuz bu rakursdan daha aydın görünür”, - AHİK
sədri bildirib.
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...