Millimiz Tailandda ikinci oldu

15:08 05-04-2024 | icon 718
Millimiz Tailandda ikinci oldu

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandda keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub.

Dina Ulyanova, Tatyana Deniskina, Aleksandra Mellenhauer və Mersedes Uokerdən ibarət komanda yalnız finalda məğlub olub.

Yarışın ikinci günündə qrup mərhələsinin son oyununda “Kratex Dream” klubuna (Filippin) 21:17 hesabı ilə qalib gələn milli 1/4 finalda yerli “Sriracha Eagle” komandasını (21:11), yarımfinalda Polşa “Lotto”sunu (17:16) üstələyib.

Yığmamız həlledici görüşdə Almaniya təmsilçisi “Zus”a 15:17 hesabı ilə uduzub.

Qeyd edək ki, millimiz daha əvvəl qrupda üç oyun keçirib, bir qələbə qazanıb.


Digər xəbərlər

0.22925186157227