Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 32 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları 8 qrupda mübarizə aparır.
Aprelin 13-də "Əmircan" və "Bülbülə" komandaları üz-üzə gəlib. Komandalar arasında gərgin gedən mübarizə "Bülbülə" komandasının qalibiyyəti ilə yekunlaşıb - 6:3. Daha sonra "Yeni Suraxanı" və "Hövsan" qarşılaşması baş tutub. "Yeni Suraxanı" komandası üstünlüyünü qoruyaraq "Hövsan" komandasına 13:1 hesabı ilə qalib gəlib. Növbəti görüşlərdə "Şağan" "Zirə"yə 3:0, "Qala" "Türkan"a 3:1, "Qaraçuxur" "Keşlə"yə 19:1 hesabı ilə qalib gəliblər. "Əhmədli" "Günəşli" arasında keçirilən görüşdə "Günəşli" komandası qalib olub - 12:2. "Şüvəlan" komandası "Binə"yə 1:5, "Buzovna" komandası "Mərdəkana" 1:11 hesabı ilə uduzublar.
Aprelin 14-də üçüncü turun növbəti oyunları keçirilib. "Nardaran" və "Maştağa” - 0:0, "Kürdəxanı" və "Pirşağı" - 0:0 komandaları arasında keçirilən görüşlərdə hesab açılmayıb. "Sabunçu" və "Ramana" arasında reallaşan görüş bərabər hesabla yekunlaşıb - 2:2. "Zabrat" və "Balaxanı" arasında baş tutan görüş "Zabrat" komandasının qalibiyyəti ilə bitib - 2:1. "Mehdiabad" və "Aşağı Güzdək" arasında keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0. "Görədil" "Məmmədli" komandasına 1:2 hesabı ilə məğlub olub. "Biləcəri" "Masazır" komandasına - 3:2, "Saray" isə "Binəqədi" komandasına 3:1 hesabı ilə qalib gəliblər.
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...