"Red Bull Four 2 Score Azerbaijan" ölkə finalı keçiriləcək

18:20 16-04-2024 | icon 566

"Red Bull Four 2 Score Azerbaijan" dörd-dördə komandaların mübarizə apardığı çox maraqlı futbol yarışmasıdır.

Oyun çox sürətli və əyləncəli keçir. Belə ki, oyunda birinci və sonuncu dəqiqədə vurulan hər qol 2 sayılır.

"Red Bull Four 2 Score" futbolçuları kiçik meydançada, öz dörd-dördə oyun bacarıqlarını nümayiş etməyə məcbur edir. Oyunda fasilə və qapıçı yoxdur, komandaların yalnız bir əvəzləmə şansı olur. 10 dəqiqəlik raunddan ibarət olan oyunda ilk və son 60 saniyədə vurulan qollar 2 sayılır.

Qeyd edək ki, "Red Bull Four 2 Score Azerbaijan" AFFA-nın və Dənizkənarı Bulvar İdarəsinin rəsmi dəstəyi ilə keçirilir.


Ölkə finalının qalibi olacaq komanda sentyabrda Leypsiqdə keçiriləcək Red Bull Four 2 Score Dünya Finalına vəsiqə qazanır.


Digər xəbərlər

0.26175689697266