Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”

21:17 20-04-2024 | icon 1058
Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”

“Xalqımızın uzaqgörənliyi, müdrikliyi, düzgün qərarı və sərrast seçimi bugünkü
misilsiz uğurlarımızın, şanlı qələbələrimizin əsasıdır. Proseslərin gedişi və
qazanılan nailiyyətlər bir daha sübut edir ki, cənab İlham Əliyevi dövlət başçısı
seçməklə xalqımız tarixi addım atıb. O, dövlətimizin və xalqımızın həyatında
taleyüklü məsələləri vaxtında və dəqiq, möhtəşəm qələbələrlə həll etməklə bütün
ümüdləri layiqincə doğrultdu, arzularımızı reallaşdırdı. Cənab İlham Əliyevin
siyasi fəaliyyətinin hər bir məqamı bizim uğur salnaməmizdir. Məhz onun gərgin
zəhmətinin, düşünülmüş qərarlarının, qətiyyətli və müdrik mövqeyinin
göstəriciləridir ki, günü-gündən çiçəklənən, tərəqqi edən Vətənimizin şanı və
şöhrəti bütün dünyaya yayılıb. Əminliklə və fəxarətlə deyə bilərik ki, hazırda
Azərbaycan dünyanın qüdrətli dövlətlərindən biridir. Hələ 2003-cü ildə Prezident
İlham Əliyevin xalqımıza verdiyi ən mühüm vəd işğal altında olan torpaqlarımızın
düşməndən azad edilməsi idi. Bu gün isə biz məhz onun diplomatik bacarığı, mahir
sərkərdəlik keyfiyyətləri sayəsində dünyada müzəffər xalq olaraq tanınırıq”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)
sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Qazax rayonunun erməni
işğalında olan 4 kəndinin Azərbaycana qaytarılması barədə danışarkən
səsləndirib.
AHİK sədri bildirib ki, hələ də qələbələrimizin davamı gəlməkdədrir, biz ard-arda,
davamlı olaraq tarixi naliyyətlərə şahidlik edirik: “Ötən gün daha bir diplomatik
qələbə xəbərini aldıq. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və
Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında iki ölkənin dövlət
sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası ilə
Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd
təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşündə razılaşdırılıb ki,
işğal altında olan 4 qeyri-anklav kənd Azərbaycana qaytarılsın. Bu xalqımızın
növbəti müdhiş qələbəsidir və bunu bizə bəxş edən isə şəxsən müzəffər
sərkərdəmiz, qətiyyətli Liderimiz cənab İlham Əliyevdir. O, heç bir atəş səsi eşidilmədən, güllə atılmadan, itkisiz, qan tökülmədən bu Zəfəri bizə hədiyyə etdi.
Televiziya vasitəsi ilə həmin kəndlərin sakinlərinin sevincini qürurla izlədik. Bütün
xalqımız bu qələbənin yaratdığı xoş ovqatın içidədir”.

“Hadisələrin gedişi göstərir ki, Prezidentimiz bütün prosesi zərgər dəqiqliyi,
məntiqi ardıcıllıq, yüksək siyasi iradə və qətiyyətli addımları ilə davam etdirir. O,
2020-ci il Vətən müharibəsində işğala son qoydu, ötən ilin 19-20 sentyabrında isə
Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə dövlətimizin suverenliyini
bütün ölkə ərazisində tam bərpa etdi. Habelə cənab İlham Əliyevin yaratdığı ən
yeni reallıqlar fonunda Rusiya sülhməramlılarının bölgəni tərk etməsi və Qazaxın
dörd qeyri-anklav kəndinin azad olunması düşünülmüş siyasətin effektli
nəticələridir. Biz görürdük ki, aranı qatmağa çalışan, danışıqlar prosesinə mane
olmağa cəhdlər edən qüvvələr var idi. Bəzi Qərb dövlətləri, xüsusən də Fransa bu
məsələdə daha çox aktiv idi. İddia edirdilər ki, Azərbaycan Ermənistan ərazisinə
hücuma hazırlaşır. Artıq son hadisələrlə onların böhtan xarakterli təbliğatları alt-
üst oldu və rəzil duruma düşdülər”, - Milli Məclisin deputatı vurğulayıb.


Digər xəbərlər

0.21940493583679