Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir  

10:46 26-04-2024 | icon 1062
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
 

Prezident İlham Əliyevin 23 aprel 2024-cü ildə ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışını diqqətlə dinləmişik.

         Cənab Prezident qeyd edib ki, COP29-a biz öz sədrliyimizə nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu, vacibdir. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın COP29-a sədrliyinə həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxır.Təbii ki, beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan və böyük təcrübəyə sahib Azərbaycan dövləti toplantıların yüksək səviyyədə keçirilməklə göstərilən etimad və inamı yüksək səviyyədə dorğuldur. Heç şübhəsiz ki, dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan COP29-a da Azərbaycan uğurla ev sahibliyi edəcəkdir. Vurğulayaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.

       COP qarşılıqlı əməkdaşlıq üqçün çox önəmlidir. Cənab İlham Əliyev misal gətirərək deyib ki, Rusiya Azərbaycanın qonşusudur və bu ölkə ilə müxtəlif sahələrdə bizim çox fəal əməkdaşlığımız var. Dünən Prezident Putinlə görüş zamanı biz həmin məsələləri, iqtisadi əməkdaşlığımızı və xüsusən də daşımalar sahəsində işbirliyimizi geniş şəkildə müzakirə etdik. Əlbəttə ki, əməkdaşlığın böyük hissəsi humanitar sahəyə aiddir. Azərbaycanda 300-dən artıq rus məktəbi var və insanlar rus məktəblərində təhsil almağa üstünlük verərək onları seçirlər. Bir sözlə, ümumi məsələlərimiz çoxdur və regional ölkə - Qafqaz ölkəsi olaraq, - çünki Qafqazın müəyyən hissəsi Rusiya hüdudları daxilindədir, - əlbəttə ki, Rusiya bu regionu heç zaman tərk etməyəcək. Çünki onun özü bu regiona aiddir və düşünürəm ki, Cənubi Qafqazın bütün ölkələri Rusiya ilə qarşılıqlı hörmət, suverenlik, ərazi bütövlüyü və qarşılıqlı maraq əsasında yaxşı münasibətlərin qurulmasında maraqlı olmalıdırlar.

       Almaniyanın işgüzar dairələrini təmsil edən bir qrup nümayəndə – Alman

İqtisadiyyatının Şərq Komitəsinin üzvləri ilə görüşlər olub. Əməkdaşlıq, sərmayə qoyuluşu və dövlət strukturları ilə müqavilələrin bağlanılmasına dair planlar var. Əlbəttə ki, siyasi təməl hər zaman vacibdir. İstər Azərbaycanda, istərsə də Almaniyada biznes dairələri hər zaman siyasi riskləri qiymətləndirir və ölkələrarası əlaqələr sabitdirsə, biznes bunu rəhbər tutur. Hətta deyərdim ki, hazırda biz ikitərəfli münasibətlərimizin ən fəal dönəmlərindən birindəyik və bunu çox müsbət qiymətləndiririk.

        Düşünürük ki, Azərbaycanın nümunəsi bunun mümkün olduğunu aydın şəkildə göstərir.

Vahid Mirzəyev,

Cəlilabad RİH-nin şöbə müdirin müavini

 

 

 


Digər xəbərlər

0.30491805076599