Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
Bu mövsüm Region Liqasınsa çempionluğa iddialılardan biri də "Çinar-Zəngilan" idi. Amma çempionatın son gümüş mükafatçısı pley-offda debütant "Lənkəran FK" ya məğlub olmaqla mübarizədən kənarda qaldı. Azeripress.az saytl olaraq bu məsələylə bağlı Zəngilan təmsilçisinin təsisçisi və baş məşqçisi Anar Dünyamalıyev bunları dedi:
"Mövsümün əvvəlində qarşımıza çempionluq hədəfi qoymuşduq. Qrup oyunlarında məğlubiyyət görmədən, əksər turları da böyük hesablı qələbələr sıralamaqla pley-offa vəsiqə qazandıq. Təəssüf ki, gözləmədiyimiz halda bu mərhələdə "Lənkəran FK" bizə baş ağrısı oldu. İlk qarşıdurmada üstün oyun sərgiləsək də, doğma meydanda 2:2 hesablı sülhlə ayrıldıq. Cavab oyununda uğur qazanacağımıza inanırdıq. Səfərsə ilk oyundan daha yaxşı performans sərgilədik. Hesabı biz açdıq. Hesabı artırmaq üçün şanslarımız çox oldu. 6-7 real qol imkanlarını boşa verdik. İki penalti şansını qaçırdıq. Bundan istifadə edən rəqib əvvəlcə hesabı bərabərləşdirdi, 90+5-ci dəqiqədə isə qələbə qolunu vurdular. Qısası bəxtsizlik bizi çempionluq mübarizəsindən kənar qoydu. Çox məyusuq".
Anar bəy gələcək mövsüm Region Liqada iddiasız çıxış edəcəklərini bildirib:
"Ardıcıl iki mövsümdü Region Liqasındayıq. Ötən il çempionatda 2-ci olduq. Amma peşəkar liqaya buraxılmadıq. Bu mövsüm isə çempion olub 2-ci liqaya çıxmaq istəyirdik, alınmadı. Hazırda əsas ümidimiz 1-ci və 2-ci liqada komanda saylarını artırılması və bizim də bu çempionatların birində iştirakımıza icazə verilməsidi. Bu baş verməyəcəyi təqdirdə böyük ehtimal yenidən Region Liqasında davam edəcəyik. Amma bu dəfə iddimız olmayacaq. Daha çox cavanları üzə çıxarmaq üçün turnirdə iştirak edəcəyik. Heyətimizi əsasən 16-18 yaşlı oyunçulardan təşkil edəcəyik".
ABDULLA İSMAYILOĞLU
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...