“Qarabağ” finalda meydan sahibi olacaq

16:42 26-04-2024 | icon 613
“Qarabağ” finalda meydan sahibi olacaq

Azərbaycan kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Mərasimdə Peşəkar Futbol Liqasının, “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər.

PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Şahid Həsənov, “Zirə” isə icraçı direktor Cahangir Məmmədov ilə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.

Qeyd edək ki, Azərbaycan kubokunun final oyunu 2 iyun tarixində “Liv Bona Dea Arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.


Digər xəbərlər

0.29363107681274