Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”

07:02 28-04-2024 | icon 321
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”

“Dövlətimizin və xalqımızın mənafeyinə söykənən ölkəmizin xarici siyasi
strategiyası tam müstəqil, balanslaşdırılmış, bərabərhüquqlu xarakter daşımaqla
beynəlxalq münasibətlər sistemində mövqelərimizi daha da möhkəmləndirir,
nüfuzunu durmadan yüksəldir. Azərbaycan hər zaman hansısa xarici dövlətin,
qütbün yox, yalnız özünün milli maraqlarından çıxış edir. Məhz çoxşaxəli və
tarazlaşdırılmış, konkret hədəflənmiş, ədalət üzərində qurulan xarici siyasətin
göstəricisidir ki, hazırda son dərəcə gərgin və mürəkkəb proseslərin yaşandığı bir
dönəmdə ölkəmiz etibarlı tərəfdaş kimi tanınır. Əminliklə demək olar ki, bütün
istiqamətlərdə - Avropa, Asiya, Afrika, Amerika dövlətləri ilə əlaqələrimiz daim
inkişafdadır. Səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq istər ikitərəfli
münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində özünü göstərir. Bu
uğurların təməlində, təbii ki, ölkəmizin rəhbəri cənab İlham Əliyevin dünya
siyasətini hərtərəfli, o cümlədən tarixi, nəzəri və praktik baxımdan dərin bilməsi,
qətiyyətli mövqeyi və siyasi iradəsi, həmçinin regional və beynəlxalq
təhlükəsizliyə verdiyi mühüm töhfələr dayanır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ölkələri ilə
əlaqələr üstünlük təşkil edir: ”İttifaqda təmsil olunan dövlətlərdən doqquzu ilə
Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Bu həm də həmin
ölkələrin dövlətimizə olan marağının və etimadının əlamətidir. Azərbaycanla
əlaqələri daim inkişaf edən Avropa dövlətlərindən biri də Almaniyadır. Dünyanın
siyasi-iqtisadi müstəvisində əhəmiyyətli rol oynayan bu dövlətlə Azərbaycan arasında ümumilikdə 80-ə yaxın sənəd imzalanıb. Bu da münasibətlərimizin səviyyəsini göstərən mühüm faktordur. Rəsmi Berlin hər zaman Azərbaycanın
ərazi bütövlüyünə hörmətlə yanaşıb, böyük dövlət imicini qoruyaraq Azərbaycan-
Ermənistan münasibətlərində neytral olub, obyektiv yanaşma sərgiləyib, hətta
normallaşma prosesinə öz dəyərli töhfələr verib. Məncə, dost ölkənin xarici işlər
naziri Annalena Berbokun təşəbbüsü ilə Almaniyada reallaşan Azərbaycan və
Ermənistan XİN başçılarının görüşünü xatırlatmaq yerinə düşər. Bu, iki ölkənin
anlaşması üçün vacib təmas idi və buna görə də Azərbaycan Almaniyaya
təşəkkürünü də çatdırmışdı”.
“Bu gün Almaniya Azərbaycanın Cənubi Qafqazda müsbət rolunu, sülh və
təhlükəsizliyə, iqtisadi inkişafa gətirdiyi reallıqları aydın görür, əlaqələrin
genişlənməsinə çalışır. Həmçinin Azərbaycanın güvənli, mövqeyinin dəyişməz
olması, atdığı hər bir imzasına yüksək dəyər verməsi dost ölkənin diqqətindən
yayınmır. Bu da dövlətlərimiz arasında xüsusən iqtisadi əməkdaşlığın
dərinləşməsinə səbəb olub. Azərbaycanda mövcud olan möhkəm sabitlik və
əlverişli investisiya mühiti Almaniya şirkətlərinin diqqətindədir. Odur ki, bu
ölkənin 249 şirkəti Azərbaycanda qeydiyyata alınıb. Statistkaya baxsaq, görərik ki,
Almaniyadan bizim neft-qaz sektorumuza 53,4 milyon, qeyri-neft sektoruna isə
762,1 milyon dollar sərmayə yatırılıb. Azərbaycandan isə Almaniyaya 569,7
milyon dollar investisiya qoyulub. Bu da, təbii ki, yüksək göstəricidir. Ölkələrimiz
arasında ticarət dövriyyəsi də qənaətbəxş səviyyədədir”, - Milli Məclisin deputatı
qeyd edib.
AHİK sədri bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin Berlində
keçirilən “Petersberq İqlim Dialoqu” formatındakı müzakirələrə dəvət olunması bir
yandan Azərbaycanın dünyada artan nüfuzu, iqlim dəyişikliyi ilə mübarizəyə
verdiyi fəal dəstəklə bağlıdırsa, digər tərəfdən bu, bilavasitə Prezidentimizin şəxsi hörmətindən irəli gəlir: “Cənab İlham Əliyev tədbirdə çıxışında COP29-la bağlı bəyan etdi ki, biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hər zaman üzərinə düşən öhdəliklərə məsuliyyətlə yanaşan və ləyaqətlə
icra edən Azərbaycan COP29-a ev sahibliyini də mükəmməl səviyyədə təşkil
edəcək. Əminik ki, burada gəlinəcək qənaət və qəbul olunacaq qərarlar iqlim
dəyişikliyi ilə mübarizədə kifayət qədər effektli olacaq. Ölkəmizin yaşıl enerji
siyasəti uğurla icra olunur. Bu il daha 1300 meqavat gücündə günəş və külək enerji
stansiyalarının tikintisinə başlanılacaq. Önümüzdə isə daha böyük hədəflər var.
İnanırıq ki, 2030-cu ilədək bu sahədə Azərbaycanda mənzərə tamam fərqli olacaq,
yüksək nailiyyətlərə imza atacağıq. Prezidentimiz həmçinin Azərbaycanın
Avropanın enerji təhlükəsizliyində roluna da toxundu və qarşıdakı planları açıqladı.
Görünür, bu qitəyə təbii qaz ixracımız artmaqdadır. 2027-ci ilə qədər ixracı 20
milyard kubmetrə çatırmaq nəzərdə tutlub”.
“Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat
konfransı zamanı dövlətimizin başçısı jurnalistin Azərbaycanda insan hüquqları və
mətbuat azadlığı ilə bağlı ona ünvanladığı sualını da cavablandırdı. Bilirik ki, insan
hüquqları dövlətimiz tərəfindən prioritet hesab edilən əsas mövzudur və
vətəndaşlarımızın bu aspektdə bütün hüquqları təmin olunur. Uzun illərdir
ölkəmizdə azad mətbuat formalaşıb, hər kəsin öz fikrini tam sərbəst şəkildə ifadə
edir. Üçdə bir hissəsi insan hüquq və azadlıqlarına, onların təminatına həsr edilən
Konstitusiyamız bu azadlıqları ali dəyər kimi qiymətləndirir. Dövlətimiz də hər
kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir”, - Səttar Möhbalıyev
fikrini tamamlayıb.


Digər xəbərlər

0.26463985443115